Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermenistanla saziş ve Rusiyanın Qarabağ planı

01 Temmuz 2016

8:12 am


01/07/2016 [12:09]: xeber –
Ermənistan parlamenti Rusiya ilə birgə hava hücumundan müdafiə sisteminin yaradılması ilə bağlı sazişi dünən ratifikasiya etdi. “Kommersant” nəşri  xəbər verir ki, rusiyalı politoloq İvan Konovalov Ermənistanın bu sazişi Moskva və Ankaranın razılaşmasından sonra ratifikasiya etməsinə diqqət çəkib. “Ermənistan regionda Azərbaycanla yanaşı, Türkiyəni də özünə rəqib hesab edir. Ehtimal ki, Ermənistan bu sazişi məhz Moskva-Ankara razılaşmasından sonra ratifikasiya etməklə gələcəyi düşünür. Regionda artıq çoxdandır ki, belə bir geosiyasi bölgü mövcuddur: Ermənistan Rusiyanın, Azərbaycan Türkiyənin müttəfiqidir. Dağlıq Qarabağda ciddi hərbi problemlər mövcuddur, bu yaxınlarda baş vermiş müharibə də bunu təsdiqlədi. Ermənistan çıxılmaz vəziyyətdədir. Ona görə də hava hücumundan müdafiə sazişi onun üçün Türkiyəyə qarşı silahdır”, – deyə o bildirib. “Kommersant” yazır ki, Ermənistanla saziş imzalansa da, Rusiya bölgədə müharibəyə qarşıdır. Moskvanın Dağlıq Qarabağa dair əsas planlarından biri bölgədə müharibənin qarşısını almaqdır. İsveç Universitetinin tədqiqatçısı Aleksandr Qolsa da hesab edir ki, bu plan, yəni müharibənin olmaması Rusiyaya sərf edir. “Hərbi toqquşma olacaqsa, Rusiya hava hücumundan müdafiə sistemindən istifadə etmək məcburiyyətində qalacaq. Hansı ki, o Azərbaycanla dostluq münasibətləri saxlayır. Buna görə Cənubi Qafqazda Azərbaycan-Ermənistan müharibəsi Rusiyanın xarici siyasətində qəza ola bilər”, – deyə Qols vurğulayıb.(Publika.az )




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler