Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ermenistandakı raketlerin çoxu köhne ve yararsızdır”

21 Eylül 2016

10:44 am


21/09/2016 [14:43]: xeber –
“Ermənistandakı raketlərin çoxu köhnə və yararsızdır”.

Bunu sayt-a açıqlamasında hərb ekspert Azad İsazadə bildirib.
A.İsazadənin sözlərinə görə, bu raketlərin çoxunu anti-raket sistemləri
asanlıqla neytrallaşdıra bilər:

“Ermənistan dəfələrlə Azərbaycanı raket zərbələri ilə hədələyib. Hansı
ki, Ermənistanda mövcud olan raketlərin bir çoxu həm texniki, həm də psixoloji
baxımdan köhnəlib. Məsələn, Ermənistanda sovet dönəminə məxsus “Skat” raketləri
mövcuddur. Bu raketlər artıq köhnəlib və onların müasir aanti-raket sistemləri
ilə zərərsizləşdirmək elə də çətin deyil. Necə ki, vaxtiylə İsrailə atılan bu
raketlərin heç biri hədəfinə yetişmədi və İsrail bu raketləin hamısını havadaca
zərərsizləşdirdi.

Ermənistandakı raketlərin çoxu köhnə olduğu üçün onları asanlıqla
neytrallaşdırmaq mümkündür. Odur ki, Ermənistanın öz raket sistemlərini tez-tez
gündəmə gətirməsinin, Azərbaycanı vaxtaşırı bununla hədələməsi yersizdir”.

 

Seymur Əliyev

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler