Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermenistanda yegane Azerbaycan bayrağı olan yer -Foto

22 Haziran 2016

10:16 am


22/06/2016 [14:12]: xeber –
Ermənilərin işğalçılıq siyasəti nəticəsində Ermənistanla Azərbaycan arasında bütün diplomatik münasibətlər pozulub. Dağlıq Qarabağın işğalından əvvəl isə Ermənistanda yaşayan yüz minlərlə soydaşımız dədə-baba yurdundan qovulub. Ermənistanın düşmənçilik siyasəti nəticəsində qədim türk məskənlərinin adları dəyişdirilib, məscidlər, Qərbi Azərbaycandakı qəbiristanlıqlar belə,  yerlə-yeksan edilib. Belə olan təqdirdə Ermənistan ərazisində Azərbaycan bayrağına da rast gəlinməsi heç inandırıcı deyil. Amma, sən demə, Ermənistanda bir yerdə Azərbaycan bayrağı dalğalanırmış…Həmin yer  Yerevandakı “Ararat” konyak zavodunun sexlərinin birindədir. Burada “Sülh Çəlləklər”inin yanındakı Azərbaycan bayrağı Ermənistan ərazisində yeganədir. Konyak dolu çəllək bura 1994-cü ildə, o vaxt may ayının 12-də Dağlıq Qarabağda gedən müharibənin dayandırılması məqsədilə atəşkəs haqqında Bişkekdə saziş imzalanandan sonra qoyulub. Ermənilərin iddiasına görə, həmin çəlləyin ağzı Qarabağ münaqişəsi birdəfəlik həll olunandan sonra açılacaq. Hətta deyilənə görə, hamı bu çəlləyin tez açılmasını və oradakı konyakın içilməsini istəyir. Görünür, ermənilər münaqişənin tez həlli haqda düşünəndə işğal etdikləri əzəli Azərbaycan torpağında ikinci erməni dövləti yaratmaq xülyalarının gerçəkləşməsini nəzərdə tuturlar. Azərbaycan tərəfi isə bir addım torpağın separatçı rejimin işğalı altında qalmamasına, nəyin bahasına olur-olsun geri qaytarılmasına israrlıdır. Bu qələbə nə zamansa çalınacaq və belə olan halda indi yeganə Azərbaycan bayrağının dalğalandığı yerdə saxlanan çəlləklərdəki o konyakı ermənilər heç vaxt içə bilməyəcəklər. Hətta Azərbaycan bayrağının gələcəkdə Yerevanın ən uca yerində dalğalanacığını da istisna etmək olmaz.(Modern.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler