Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermenistanda Rusiyaya qezeb isteriyası… – Ermeni mediasının özeti

05 Eylül 2016

9:12 am


05/09/2016 [13:08]: xeber –
Ermənistanda Rusiya və onun yaratdığı siyasi və iqtisadi təşkilatlara artıq etimad göstərilmir.Musavat.com-un armenianreport saytına istinadən verdiyi xəbərə görə, 2016-cı ilin avqustunda “Helsinki Vətəndaş Assambleyasının” Vanadzor ofisinin və “İctimai araşdırmaların aparıcı qrupu” İctimai təşkilatının birgə  keçirdiyi sorğu bunu göstərib. “İctimai araşdırmaların aparıcı qrupu” İctimai təşkilatının rəhbəri Ruben Sərkisyanın bildirdiyinə görə bu tip sorğu 2014 və 2015- ci illərdə də əhali arasında aparılıb. Sorğunun nəticələrini əvvəlki iki illə müqayisə edən sosioloq  qeyd edib ki, 2014-cü ildə Ermənistan əhalisi arasında Avropa Birliyinə üstünlük verənlər 25 faiz, Avrasiya İqtisadi Birliyini seçənlər isə 38 faiz təşkil edib. Eyni durum 2015 –ci ildə də müşahidə olunub (24%-36%).“Lakin bu il göstəricilərdə kəskin dəyişikliyin baş verdiyini müşahidə edə bilərik”, –  deyə sosioloq qeyd edib. Məlum olub ki, əhalinin 41 faizi Avropa Birliyinə rəğbət göstərir. Avrasiya Birliyi tərəfdarları isə 25 faizə enib.Ruben Sərkisyanın dediyinə görə, əvvəllər Avropa Birliyinə üstünlük verənlər əsasən 18-25 yaşlar arasındakı gənclər idisə, indi bütün yaş qruplarında Qərb liderlik edir.Sosioloq xüsusilə aprel döyüşlərindən sonra ermənilərin Rusiyaya qarşı mövqelərinin dəyişdiyini bildirib.Ermənistan mətbuatında Avrasiya İttifaqına və Rusiyaya qarşı az qala hər gün milli azadlııq mübarizəsinə bənzər çağırışlar səslənir.Mətbuat İrəvanın Avropa Birliyi ilə əməkdaşlıq müqaviləsindən imtina edib, cəmi bir gündə Avrasiya İttifaqına və Gömrük İttifaqına qoşulmaq haqqında qərar elan etməsini skandal adlandırır. “Bir gecədə hamı Rusiyanın Ermənistanı tutub saxladığı cərəyan xəttinin nə dərəcədə ölümcül olduğunu gördü. Həmin gün Ermənistanın partiyalarının da ayıb yerlərini örtməyə macal tapmadan çılpaqlığı göründü”, –  deyə, lragir yazır.Mətbuatın fikrincə, bu illər ərzində Ermənistan hökuməti ölkənin suverenliyini Rusiyanın xeyrinə məhdudlaşdıran sənədlər qəbul etdikcə Ermənistanda anti-Avrasiya və Rusiya əleyhinə hərəkat daha geniş vüsət alıb. Bütöv bir erməni ailəsinin Rusiya ordusunun əsgəri Permyakov tərəfindən öldürülməsindən və aprel müharibəsindən sonra Moskvaya qarşı neqativ münasibət daha da dərinləşib: “Erməni xalqı gördü ki,  Rusiya Ermənistan üçün nəinki heç bir dəyər kəsb etmir, hətta onun təhlükəsizliyinə təhdid törədir”, deyə lragir iddia edir.Mətbuatın qeyd etdiyinə görə, son bir ay ərzində İrəvanda Rusiya səfirliyi önündə yumurtaların atılması ilə müşahidə olunan  3 etiraz aksiyası keçirilib. İrəvanda polis alayının binasını tutan qiyamçılar isə əsas məqsədlərinin Rusiyaya və müstəmləkəçiliyə qarşı müharibə olduğunu bəyan edib.Ermənistan KİV-lərində iddia edildiyinə görə Rusiya ekspertləri özləri də ölkədə Rusiya əleyhdarlarının sayının 18 faizdən 84 faizə qədər yüksəldiyini etiraf edirlər: “Bütün bu üç il ərzində Ermənistan dəfələrlə siyasi təhqirlərə məruz qalıb. Bunun ən böyük göstəricisi olaraq Putinin Ermənistana rəsmi ziyarətində ilk olaraq Gümrüdə yerləşən 102 saylı hərbi bazaya baş çəkməsini göstərmək olar”, deyə, 1in.am-ın şərhçisi Aram Amatuni yazır.“Qazpromun Ermənistanın boynuna keçirdiyi 300 milyonluq borcu nəzərdə tutan müqavilə də ölkəni aşağılayan bir sənəddir”, deyə müəllif qeyd edir: “Bütün bu illər ərzində Ermənistan Qərbdə öz etibarını itirib, Avropaya ölkənin təhlükəsizliyini təmin edə biləcək inteqrasiya ilə bağlı real perspektivlərdən məhrum olub…Bununla paralel olaraq Azərbaycan-Ermənistan sərhədində  2 apreldə öz zirvəsinə çatıb partlayan gərginlik artıb”.Aram Amatuninin fikrincə, bütün bu olub bitənləri Ermənistanın siyasi gücləri sadəcə seyr etməklə kifayətlənib. Parlamentdən kənar qalan siyasi hərəkatlar isə marginal olaraq xarakterizə edilib: “Mahiyyət etibarı ilə məlum oldu ki, həm hakimiyyət, həm də siyasi güclər Rusiyanın yüksək təsiri altındadır və Moskvanın tütəyi ilə rəqs edir. Ermənistanda 3 sentyabrdan sonra siyasi həyat bir formul üzərində qurulub: Moskvanın dəstəyi və Kremlin canişini olmaq uğrunda rəqabət. Ermənistan hakimiyyəti isə bütün bu illər ərzində dövlətin deyil, yalnız öz maraqlarını qorumağa qadir olduğunu göstərib”.Maraqlıdır ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da Ermənistan hakimiyyətinə müxalif hesab edilən, habelə Qərbin Rusiya əleyhinə istifadə etdiyi əsas təbliğat vasitələrindən sayılan Azadlıq radiosunun Ermənistan bürosuna (Radio Azatutyun) müsahibə verib.Köçəryanın müsahibədə Rusiya ilə münasibətlərə dair bir kəlmə belə danışmaması xüsusilə diqqəti cəlb edir.Köçəryanın iyul ayında baş verən “Sasna tsrer” qiyamı ilə bağlı dedikləri xüsusilə maraqlıdır.Robert Köçəryanın fikrincə “Sasna tsrer” qiyamı siyasi sistemə verilən sarı vərəqə olub:  “Radikal ünsürlər hətta ən inkişaf etmiş demokratik ölkələrdə var. Həmişə siyasi və sosial problemlərin həllinin ekstremizmdə olduğunu düşünən insanlar tapılır. Lakin burada əsas məsələ insanların ölkə daxili problemlərin silahla həll edilməsinə olan münasibətidir…”Eks – prezidentin sözlərinə görə, onu cəmiyyətin silahlı qiyama olan münasibəti narahat edir. Robert Köçəryanın fikrincə bu hadisə insanların hakimiyyətə olan münasibətindən, ictimai şüurda siyasi, iqtisadi və sosial problemlərin göstərdiyi təzyiqdən xəbər verir:  “Bu ölkənin siyasi sisteminə göstərilən sarı kartdır. Təkrar qeyd edirəm ki, bunu dedikdə polis alayının binasının tutulması faktını deyil, cəmiyyətin buna reaksiyasını, küçələrdə və sosial şəbəkələrdə onlara verilən kütləvi dəstəyi, qiyamçıların qəhrəmanlaşdırılmasını nəzərdə tuturam”.Köçəryanın fikrincə bu tip hadisələri görməzdən gəlmək olmaz: “Əks halda ölkə barıt çəlləyində yaşayacaq” deyə eks-prezident vurğulayıb”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler