Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermenistanda ne baş verir? – Qarabağ klanının niyyeti…

15 Eylül 2016

6:20 am


15/09/2016 [10:19]: xeber –
“Ermənistandan hökumət daxilində dəyişikliklərin səbəblərini araşdırmaq üçün mütləq Dağlıq Qarabağdakı aprel hadisələrinə qayıtmalıyıq. Çünki aprel hadisələri təkcə Ermənistanın hərbi baxımdan məğlubiyyəti deyildi, həm də indiki iqtidarın siyasi iflası idi. Siyasi baxımdan hökumət başçısının, baş nazirin dəyişdirilməsi və s. hər şey ondan başladı. Çünki hökumətin dəyişdirilməsinin səbəbi apreldən bu yana Ermənistan iqtidarını sarsıdan siyasi böhrandır”.sayt xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında “Baku Network” ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov Ermənistanda yaşanan hökumət böhranını şərh edərkən deyib.Ekspert qeyd edib ki, iyulda “Sasna tsrer” qruplaşması tərəfindən polis post-patrul alayının qərargahının silahlı yolla tutulması, qiyam cəhdi, girovların götürülməsi, daha sonra azad olunması və s. göstərdi ki, Ermənistanda olan Zori Balayan – Qarabağ klanına böyük müxalif qüvvə yaranıb. İndiki iqtidarın hələ də hakimiyyətdə qalmasının isə iki səbəbi var: “Bunlardan biri Rusiyadır. Çünki Serj Sarkisyan Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlib. İkinci səbəb isə polis və hərbi qüvvələrdir. Onlar İrəvanda həmişə bütün nümayişləri, mitinqləri dağıdırlar. Əsasən də, etiraz aksiyalarını Qarabağdan gələn silahlı dəstələri yatırdırlar. Buna baxmayaraq, hökumət istefaları, yeni təyinatlar və s. gedişlərin hamısı bir oyundur. Bu, yeni bir mərhələdir”.Onun sözlərinə görə, yeni baş nazir də elə Rusiyanın adamıdır: “Ovik Abramyanın yerinə Karen Karapetyan təyin olunub. Yəni bir “qarabağlı”nın yerinə digər “qarabağlı”nı gətiriblər. Karapetyan kimdir? Bu, vaxtilə “Qazprom”un nümayəndəsi və Rusiyanın adamı olan şəxsdir. Faktlar göstərir ki, ermənilər hökumət başçısını yalnız üzdən pərdə asmaq niyyətilə dəyişirlər. Çünki onlar ölkədəki iqtisadi və siyasi böhranı ört-basdır etmək üçün hansısa addımlar atmalı idilər. Bu addımı ona görə atdılar ki, gələn il keçiriləcək parlament seçkilərinədək indiki iqtidarın ömrünü uzatsınlar, etiraz dalğasını səngitsinlər. Lakin siyasi palitra dəyişməyib”.E.Ələsgərovun qənaətincə, aprel hadisələrindən və yaranmış siyasi böhrandan sonra Ermənistanın Dağlıq Qarabağ siyasəti isə daha da kəskinləşib: “Milli barışığa dair vədlər veriləndən sonra diasporadan pul yığılmağa başlandı. Bu pulun hesabına yenə də Dağlıq Qarabağın ətrafında səngərlər, blindajlar qazmağa başladılar. Ermənistan iqtidarı sırf danışıq prosesini özünün hərbi siyasətini davam etdirmək üçün fasilə kimi və yenidən güc toplamaq üçün istifadə edir. Ara sakitləşəndən sonra erməni hərbi işğalı yenidən davam etdirmək istəyirlər.Hökumət dəyişikliyi isə Ermənistanda ortaya yeni bir şey gətirməyəcək. Sadəcə, yenə qrant verən ölkələrdən pul qoparmağa, eləcə də Rusiyadan yeni kreditlər cəlb edib varlıqlarını davam etdirmək istəyirlər. Yəni rejimin mahiyyəti dəyişməyib. “Qarabağlılar” klanı yenə də hakimiyyətdə qalıb Ermənistanı və Dağlıq Qarabağı idarə etmək istəyirlər. İştahları böyükdür”.Qeyd edək ki, 2014-cü ilin aprel ayından Ermənistan hökumətinə rəhbərlik edən sabiq baş nazir Ovik Abramyan sentyabrın 8-də istefa verib. Onun yerinə İrəvanın sabiq meri Karen Karapetyan təyin edilib. Prezident yeni Nazirlər Kabineti formalaşanadək hökumət üzvlərinə səlahiyyətlərini icra etməyi tapşırıb.Məlumdur ki, Karen Karapetyan Qarabağda Əsgəran rayonunun Daşbulaq kəndində doğulub. Yeri gəlmişkən, eks-prezident Robert Köçəryan da həmin kənddəndir, onların hətta qohum olduğu bildirilir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler