Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermenistanda gerginlik artır – Yenilenib

17 Temmuz 2016

8:20 pm


18/07/2016 [00:16]: xeber –
Ermənistanın paytaxtında bir qrup silahlı şəxs polis idarəsinə hücum edib.sayt Erkir Media telekanalına istinadən xəbər verir ki, onlar yük maşınları ilə darvazaları qıraraq əraziyə daxil olublar.Hadisə nəticəsində azı 1 nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb. Polis idarəsinə hökumət qüvvələri yeridilib. Yaxın saatlarda məsələ ilə bağlı rəsmi bəyanat veriləcəyi gözlənilir. ***Ermənistan Milli Təhlükəsizlik Xidməti yaydığı məlumatda bildirir ki, hazırda silahlı şəxslərlə danışıqlara cəhd edilir. Onlar mövcud hakimiyyətin istefasını, “Yeni Ermənistan” İctimai Xilas Fondunun lideri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.İnsident Yerebun rayonunda baş verib. Rəis müavini Valeriy Osipyan hələ də girov saxlanılır.***Silahlı şəxslər bütün polis alayını girov götürüblər.***Son məlumata görə, 2 nəfər girovluqdan azad edilib. 1 polis işçisi ölüb, digər 2-si isə yaralanıb.***Hüquq-mühafizə orqanları silahlı qruplaşmanın zəbt etdiyi polis məntəqəsinə əlavə qüvvələr cəlb ediblər. Hadisə yerinə polis əməkdaşlarının olduğu daha 2 avtobus, 4 yük maşını cəlb olunub. Hazırda girovluqda 6 polis var.***İdarəni zəbt edən silahlılar hadisə yerindən videogörüntü də paylaşıblar: 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler