Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ermenistan yığması bunu edibse, biz daha artığını bacararıq”

12 Ekim 2016

11:28 am


12/10/2016 [15:25]: xeber –

DÇ-2018-in seçmə mərhələsinin 3-cü turunda Çexiya ilə
heç-heçə edən Azərbaycanın futbol üzrə yığma komandası tarixində ilk dəfədir
ki, seçmə mərhələlərdə 3 oyun ardıcıl məğlubiyyətsizlik seriyasını davam
etdirir. Bundan əvvəl San-Marino və Norveç yığmaların məğlub edən komandamız
qrupdan çıxa biləcəyinə ümidlər artıb. Amma fərqli düşünənlər də var. 

sayt mövzu ilə bağlı AFFA yanında Media Komitəsinin
İdarə Heyətinin üzvü, futbolpress.az saytının baş redaktoru Elçin Cəlilovun
fikirlərini öyrənib.

Elçin Cəlilov deyib ki, biz bu mümkünlük haqda illәrdir
yazırıq, deyirik: “7 ilә yaxın Berti Foqtsu baş mәşqçi postunda saxlamaqda inad
göstәrәn AFFA rәhbәrliyi bununla әslindә elә bu qәdәr müddәtin itirilmәsinә
sәbәb oldu. Azәrbaycan futbolunda fantastik pullar dövr edirdi. Belәdә nәticәnin pis olub, davam etmәsi anormal hal idi. Nәhayәt, Foqtsun qovulmasını şәrtlәndirәn hadisә  baş vermişdi.
Xorvatiyaya 0:6 hesablı mәğlubiyyәt tәrs şillә idi.

Yeni mәşqçi, Robert Prosineçki gәlәndәn nәticәlәr yaxşılaşmağa başladı. Nә etdi o? Qeyri-adi
heç nә. Sadәcә, әn hazırlıqlı futbolçuları yığmaya dәvәt elәdi. Hәlә yenә bu
barәdә müәyyәn qüsurlar var, amma hәr halda, adam maksimum çalışır ki, yerli
çempionatı yaxından izlәsin, futbolumuzun tәrzini, ruhunu hiss etsin. Әlbәttә
ki, bu da yekunda nәticәlәrin yaxşılaşmasına sәbәb olur.

Ermәnistan yığması DÇ-2014-ün seçmә mәrhәlәsindә 17 xal
yığmışdı. 4-5 xalı çatmamışdı mundiala düşmәyә. Demәk ki, biz dә bunu vә daha
artığını bacarardıq. Sadәcә, doğru işlәmәklә.

Fikrimcә, hәlә xallar qazanılacaq. Ancaq әldә olunan
sistemi daim inkişaf etdirmәklә, inisiativi әldәn vermәmәklә”.

Rəşad

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler