Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermenistan ve İran arasında energetika sahesinde emekdaşlıq güclenir

19 Haziran 2016

12:00 pm


19/06/2016 [15:56]: xeber –
Ermənistan təbii qaz müqabilində istehsal etdiyi elektrik enerjisinin 15%-ni İrana ixrac edəcəkBakı-APA. Ermənistan 2016-ı ildə İrana 1,02 mld kVt/saat elektrik enerjisi ixrac etməyə hazırlaşır. APA-nın Ermənistanın “News.am” saytına istinadən verdiyi məlumata görə, bu, Ermənistanın “Elektrik Sistemi Operatoru” Dövlət Qapalı Səhmdar Cəmiyyətinin proqnozunda əksini tapıb. Beləliklə, Ermənistan istehsal etdiyi elektrik enerjisinin 15 faizini İrana ixrac edəcək. Qeyd edək ki, 2007-ci ildə İran-Ermənistan qaz kəməri açılıb. İran qazı Ermənistanda elektrik stansiyalarında emal edilir və 1 kubmetr qaz müqabilində 3 kVt/saat hesabı ilə İrana ixrac edilir. İki ölkə arasında razılaşma 20 il ərzində İranın Ermənistana 36 milyard kubmetr qaz ixrac etməsini nəzərdə tutur. Sənədə əsasən, razılaşma 5 il uzadıla və Ermənistana ixrac edilən qazın həcmi 47 milyon kubmetrə çata bilər.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler