Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ermenistan-Türkiye serhedlerinin açılması zeruret kimi ortaya çıxacaq”

12 Temmuz 2016

9:52 am


12/07/2016 [13:51]: xeber –
Rusiya-Türkiyə münasibətlərinin normallaşması Türkiyə-Ermənistan sərhədlərinin açılması baxımından da xüsusi əhəmiyyətə malikdir. Münasibətlərin qaydasına salınmasının ilk günündən Rusiya və Türkiyə KİV-lərində sərhədlərin açılacağı məsələsi də gündəmə gəlib. Əvvəlki illərlə müqayisədə Azərbaycan tərəfindən bu məsələyə hələ ki, sərt təpki yoxdur. Detalları açıqlanmasa da, müzakirə mövuzu Dağlıq Qarabağ münaqişəsinin Rusiya-Türkiyə-Azərbaycan formatında həllindən gedir. Hesab olunur ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılmasında şərt kimi həllinə razılaşdırılmış əsas məsələrdən biri də Dağlıq Qarabağ münaqişəsidir.Anlaşmanın ilginc tərəfləriQeyd olunur ki, Fransada Azərbayacan və Ermənistan prezudentlərinin görüşündə nəticə olmayacaq. Lakin növbəti dəfə Türkiyə və Rusiyanın təşəbbüsüylə Azərbaycan və Ermənistan prezidentləri arasında keçiriləcək görüşdə münaqişənin mərhələli həlli razılaşdırılacaq. Bundan sonra Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə yenidən baxılacaq. Sonrakı mərhələlərdə Dağlıq Qarabağa Rusiya ilə yanaşı Türkiyə sülhməramlılarının yerləşdirilməsi məsələsinin müzakirəsinə başlanılacaq. Ehtimal olunur ki, ilkin mərhələdə 7 rayonun (5+2) qaytarılacağı və Dağlıq Qarabağın aralıq statusunun Azərbaycanın şərtləri daxilində müəyyən olunması məsələsi razılaşdırılacağı halda,rəsmi Bakıdan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz da olmayacaq. Azərbaycanın əsas şərtlərindən biri də budur. Amma yenə də Azərbaycanın əsas şərti Ermənistanın həll planını pozmamasıyla bağlıdır.“Şərt ola bilməz”Millət vəkili Fərəc Quliyev bildirib ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması sadə məsələ deyib. F.Quliyevin sözlərinə görə, burada təkcə Dağlıq Qarabağ məsələsi rol oynamır:“Sərhədlər təkcə, Dağlıq Qarabağ münaqişəsinə görə bağlanmayıb. Ermənistanın həmçinin Türkiyəyə qarşı qondarma soyqırım iddiaları da var. Mütəmadi olaraq, düşmən ölkə Türkiyənin əleyhinə yönəlmiş “soyqırım kampaniyası” aparır. Ermənistan eyni zamanda Türkiyəyə qarşı ərazi iddiaları da irəli sürür. Üstəgəl Azərbaycan və Türkiyə strateji müttəfiqdir. Türkiyə də bəyan edib ki, Azərbaycan torpaqları geri qaytarılmadan sərhədlər açılmayacaq. Bu baxımdan Rusiya-Türkiyə münasibətlərinin normallaşmasına görə hesab etmirəm ki, Ermənitsan-Türkiyə sərhədlərinin açılması zərurət kimi ortaya çıxacaq. Bu şərt kimi də irəli sürülməyəcək”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler