Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermenistan temas xettindeki erazilerde döyüşçü-veteranları meskunlaşdıracaq

25 Haziran 2016

8:16 am


25/06/2016 [12:15]: xeber –
Son Sankt-Peterburq danışıqlarından dərhal sonra  Ermənistan prezidenti Serj Sarkisyanın işğal altındakı Azərbaycan torpaqlarına səfəri “Dua oxumaqla donuz darıdan çıxmaz” məsəlini bir daha gündəmə gətirdi. Yəni, bizlərə növbəti dəfə düşmənin, sadəcə, danışıqlarla Qarabağ torpaqlarını tərk etməyəcəyini anlatdı. Bunu son günlər Ermənistanın qeyri-hökumət təşkilatlarının  Dağlıq Qarabağ mövzusunda fəallığı da sübut edir. Bu dəfə söhbət Ermənistanın Azərbaycanla sərhəddəki və Qarabağda təmas xəttində yerləşən erməni kəndlərində  veteran-döyüşçülərin məskunlaşdırılması təşəbbüsündən gedir.  sayt erməni mediasına istinadla xəbər verir ki, bir sıra qeyri-hökumət təşkilatları “Taliş” fondu və Ermənistan və Dağlıq Qarabağ yunanlarının “Patrida” təşkilatının bu barədəki təşəbbüsünü  dəstəkləyərək  layihənin gerçəkləşdirilməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər. Artıq Azərbaycanla sərhəd ərazilərində xüsusi sərhədyanı yaşayış məntəqələri şəbəkəsinin yaradılması  təklifi Ermənistan hökumətinə və qondarma “DQR” rejiminə də təqdim edilib. Hazırlanmış proqrama əsasən belə məntəqələrin sakinləri dinc şəraitdə  fermer təsərrüfatları idarə edərək kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olacaq. Bununla da vətənlərinin iqtisadi inkişafına öz töhfələrini verəcəklər.  Xarici təhlükə olduqda isə onlar dərhal sərhədçi kimi müdafiəyə atılacaq. Bu da kənardan ordu hissələri köməyə gələnədək postlardakı erməni  qüvvələrinin duruş gətirməsinə yardım edəcək. Sərhədyanı ərazilərin məskunlaşdırılması və uyğun təşkilati aspektlərin nizamlanması işi ilə ixtisaslaşmış qeyri-hökumət fondlarının məşğul olacağı gözlənlir. Pilot-layihə kimi son aprel döyüşlərində diqqət mərkəzində olmuş Talış kəndinin ərazisində xüsusi yaşayış məntəqəsinin yaradılması planlaşdırılır…Sultan Laçın    




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler