Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermenistan ordusunda kadr deyişiklikleri…

08 Temmuz 2016

8:36 am


08/07/2016 [12:35]: xeber –
Aprel döyüşlərindəki uğursuzluqdan sonra  Ermənistan ordusunda təmizləmələr və yerdəyişmələr davam edir.Xatırladaq ki, aprel döyüşlərindən sora Erəmnsitan müdafiə nazirinin müavini, ordunun maddi—texniki təminat departamentinin rəhbəri Alik Mirzəbekyan, Silahlı qüvvələrin baş kəşfiyyat idarəsinin rəisi Arşaq Karapetyan və rabitə xidmətinin Komitas Muradyan rəisi  vəzifələrindən azad edilmişdilər.Alik Mirzəbekyanın yerinə “Dağlıq Qarabağ ordusu”nun keçmiş komandiri Movses Akopyan, kəşfiyyata isə Vaqinak Sarkisyan gətirlib.Dünən isə Ermənistan prezidenti Serj Sarkisyan daha bir neçə ordu birləşməsinin komandirlərinin yerlərini dəyişdirib.Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, Generel Onik Qasparyan Silahlı Qüvvələrin baş qərargah rəisinin müavini təyin edilib. Bundan öncə o, 3-cü ordu korpusunun komandiri olub.Onik Qasparyan3-cü ordu korpusunun komandirliyinə isə Qriqori Xaçaturov gətirilib. Qeyd edək ki, Qriqoriy Xaçaturov, Ermənistan Silahlı Qüvvələrin baş qərargahının rəisi Yuriy Xaçaturovun oğludur.General-mayor Anrdanik Markaryan Silahlı qüvvələrin birləşmiş qrupunun komandiri təyin edilib. Bundan öncə o , Ermənistan ordusunun 4-cü korpusunun komandiri olub.Andranik Markaryan4-cü korpusa isə general Valerik Köçəryan komandirlik edəcək.General-mayor Poqos Poqosyan Ermənistan Silahlı qüvvələrinin silahlanma üzrə idarə rəisi təyin edilib. Bundan öncə isə o, 2-ci ordu korpusunun komandiri olub. Poqos Poqosyan2-ci ordu korpusunun komandiri vəzifəsi isə polkovnik David Manukyana həvalə edilib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler