Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermenistan ordusu Baş Qerargahının keşfiyyat idaresine yeni reis teyin edilib

Genel 17 Haziran 2016

8:12 pm


18/06/2016 [00:11]: xeber –
Polkovnik Vaqinak Sarkisyan Ermənistan Silahlı Qüvvələri baş qərargahının kəşfiyyat idarəsinin rəisi təyin edilib. APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər. “Müvafiq fərman prezident Serj Sarkisyan tərəfindən iyunun 17-də imzalanıb”, məlumatda deyilir. Xatırladaq ki, aprelin sonlarında Ermənistan prezidenti S. Sarkisyanın fərmanı ilə müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan , rabitə qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyan  işdən uzaqlaşdırılıb.   Mayda isə Ermənistan Silahlı Qüvvələrinin silahlanma idarəsinin rəisi Melsik Çilinqaryan vəzifəsindən azad edilib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler