Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ermenistan erazileri qaytarmasa…” – Qarabağla bağlı Rusiyanın son qerarı

23 Haziran 2016

11:20 am


23/06/2016 [15:19]: xeber –
“Rusiya Qarabağla bağlı məsələdə yenidən “Lavrov planı”nı işə sala bilər”.Bu barədə erməni politoloq David Şahnazaryan deyib. Onun sözlərinə görə, Sankt-Peterburq görüşündən öncə Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığına dair iki mühüm informasiya yayılıb: “Birincisi, Rusiya “TOS-2” xüsusi hücum silahının ikinci partiyasını çatdırmağa başladı. Azərbaycan artıq belə sistemlərə və daha güclü silahlara sahibdir. İkincisi isə görüşdən 3-4 gün öncə Rusiyanın T-90 tanklarının Azərbaycana çatdırdığına dairdir. Hansı ki, bu tanklar Ermənistanda yoxdur. Bütün bunlar rəsmi məlumatlardır. Bunun fonunda Rusiya Ermənistanla imzaladığı 200 milyon kredit sazişinə əməl etmir. Məndə olan dəqiq məlumata görə, bu ilin sonuna qədər də Ermənistana silahlar verilməyəcək”.       Erməni politoloq bildirib ki, Rusiya artıq Qarabağla bağlı qərarını verib və bu, Ermənistanın xeyrinə deyil. “Sankt-Peterburq görüşündə ATƏT-in olmaması isə görünməməiş hadisə idi. Görünür, məsələ həll olunub və Qərb də Rusiya ilə razılaşıb. Əgər Sankt-Peterburqda masaya yatırılan plan işləməsə belə, o zaman Rusiya “Lavrov planı”nı önə çıxaracaq. Nəticə etibarilə, bu planlar Ermənistanın əraziləri təhvil verməsini nəzərdə tutur”, – deyə o qeyd edib.(Publika.az )




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler