Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ermeninin özü nedir ki, keçirdiyi festival da ne ola…”

16 Eylül 2016

12:36 pm


16/09/2016 [16:36]: xeber –
sayt sentyabrın 15-17-də işğal altındakı Dağlıq Qarabağın “mədəni paytaxtı” elan edilmiş Şuşada “ArtsaxEtnoFest” adlı “beynəlxalq” festival keçiriləcəyi haqqında məlumat vermişdi. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov sayta açıqlamasında həmin xəbərə münasibət bildirib.“Erməni nə festival keçirəcək axı, erməninin özü nədir ki, keçirdiyi festival da nə ola. Azərbaycanın işğal altında olan torpaqlarında həyata keçirilən nə varsa, biz onları qeyri qanuni sayırıq. Bizimlə bərabər bütün dünya da bunu qeyri qanuni hesab edir. Amma hər mənada bu cür xəbərlər mənə çox pis təsir edir. Qarabağ mənim vətənimdir, torpağımdır, anadan olduğum yerdir”. B.Səfərov daha sonra bunları əlavə edib: “Biz səbrli xalqıq, ancaq səbrimizin də bir sonu var və Allah qoysa səbrimiz də sona çatacaq. Hamımıza bəllidir ki, Qarabağın işğaldan azad edilməsi istiqamətində kifayət  qədər işlər aparılıb. Ölkə başçımızın apardığı siyasət də, ordumuzun gücü də torpaqlarımızı işğaldan azad etməyə imkan verir. Ancaq biz humanist xalqıq, qan tökülməsini, günahsız insanların ölümünü istəmirik. Bütün dünya bunu bilir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma təəssüf ki, yenə də ikili standarlara, ədalətsizliklərə yol verirlər. İnanıram ki, doğma torpaqlarımıza qovuşacağımız gün uzaqda deyil”. Qeyd edək ki, ermənilərin Şuşada keçirdiyi “beynəlxalq” festival haqqında daha ətraflı “Ermənilər İsa bulağında festival keçirəcək – Baxın, diqqətlə baxın…” sərlövhəli yazıdan (bu linkdən (http://www.moderator.az/news/151432.html) oxuya bilərsiniz. Rumiyyə 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler