Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ermenilerle döyüşmekle borcumu bir az kompensasiya etdim” -Millet vekili

28 Haziran 2016

7:44 am


28/06/2016 [11:40]: xeber –
Vaxtilə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişəm. Bizim institutda hərbi kafedra var idi. O zaman Sovet dövründə institutu bitirəndə hərbi rütbə verilirdi, zabit olurduq. Mən də ehtiyatda olan zabit idim. O zamanlar kurs bitəndən sonra 45 günlük hərbi xidmət keçilirdi. Mən həmin 45 günlük xidməti keçmişəm. Bizim xidmətimiz Astarada motoatıcı diviziyada zabit kimi kurs keçməkdən ibarət olub.Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib.Amma millət vəkilinin sözlərinə görə, daha sonralar bunun əvəzini artıqlaması ilə ödəyib: “Elə oldu ki, birinci Qarabağ savaşı başlayanda könüllü dəstələr yaratdıq və bir neçə il torpaqlarımızı işğal edən ermənilərlə döyüşməklə bunu bir az kompensasiya edə bilmişəm. Mən 1988-93-cü illərdə ordunun yaranması üçün mübarizə aparmışam. Hətta buna görə qanunsuz silahlı dəstələr yaratmaqda ittiham olunmuşam və 1995-2002-ci illərdə həbsdə yatmışam. Amma bununla fəxr edirəm”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler