Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermenilere atalıq etmeye çalışan Roma Papası…

07 Ekim 2016

10:52 am


07/10/2016 [14:51]: xeber –
Bir neçə gün öncə Bakıda səfərdə olan Roma Papası Fransiskin Roma şəhərinə döndükdən dərhal sonra operativ surətdə mətbuat konfransı keçirməsini və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi mühüm açıqlamanı yəqinki hamınız yaxşı xatırlayırsınız.Papa Qafqaz regionuna səfərinin yekunlarına dair mətbuat konfransında bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsini həll etməyin yeganə yolu tərəflər arasında sülh danışıqlarıdır.Mən onun məlum açıqlamasının əsas hissəsini olduğu kimi təqdim edirəm:“Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu tərəflər arasında beynəlxalq normalar çərçivəsində sülh danışıqlarının aparılmasıdır. Digər yol müharibədir, müharibə isə həmişə dağıntılara səbəb olur, şəhərlər və kəndlər xarabalığa çevrilir. Münaqişənin hərbi yolla həlli yoxdur. Sülh üçün dua etmək lazımdır”Baxın, Papa deyir ki, müharibənin həll yolu yoxdur. O bunu birmənalı şəkildə və qəti hökm kimi deyir. Lap dəqiq desək, bu, bir əmrdir. Yəni Papa əmr edir ki, müharibə etmək olmaz!Lakin əvvala onu qeyd edim ki, ermənilər Papanın bu əmrinə heç tüpürmək belə istəmirlər. Serj Sərkisyanın birbaşa göstərişi ilə dünən Azərbaycanın işğal edilmiş rayonlarından ikisində – Ağdam və Füzuli ərazilərində ağır artilleriya və tanklardan istifadə edilməklə irimiqyaslı hərbi təlimlərə başlanılması da bir daha məlum həqiqəti təsdiqləyir. Üstəlik də, ermənilərin növbəti dəfə atəşkəsi pozması nəticəsində hərbi qulluqçumuz Sahil Məmmədovun şəhid olması da sübut edir ki, məhz ermənilərin təxribatları nəticəsində müharibə hər an alovlana bilər.Yaxşı , Papa deyirsə ki, Qarabağ münaqişəsinin müharibə yolu ilə həlli yoxdur, o zaman erməni təcavüzkarlığını necə durdurmalı ? “Bunun mühribə yolu yoxdur” ifadəsini təkcə Papa yox,elə xiristian dövlətlərinin bütün diplomatları da deyir. Amma nədənsə Qarabağ probleminin hansı yolla həll ediləcəyini bu “bilici”lər demir.Ermənilər zor dilindən başqa bir dili anlamırsa , onları sülh yoluyla dinə-imana gətirməyin reseptini kim verə bilər ? Papa zəmanət verirmi ki, Azərbaycan müharibə təşəbbüsünə əl atmasa, Ermənistan rəhbərliyi özünü ağıllı uşaq kimi aparacaq və torpaqlarımızı dinc yolla qaytarmağa razı olacaq ?Yox , Papa əlbəttə ki, belə bir zəmanəti vermir, ya da vermək istəmir. Papanın məlum bəyanatı (” Münaqişəsinin hərbi yolla həlli yoxdur.”) əslində ilk növbədə məhz Azərbaycana yönəlib. Vatikan taxt-tacında və Qərbin prezident kürsülərində oturan şəxslər yaxşı bilirlər ki, bu münaqişədə Azərbaycan haqsızlığa məruz qalmış tərəfdir və o öz pozulmuş haqqını bərpa etmək üçün müharibə variantına əl atmağa sadəcə və sadəcə məhkumdur. Bu isə onların nə siyasi, nədəki iqtisadi maraqlarına qətiyyən uyğun gəlmir. Hələ üstəgəl, ortada “xristian həmrəyliyi” deyilən bir nəsnə də var. Papa sözün birbaşa mənasında ermənilərə atalıq etmək istəyir. Məhz buna görə də, Azərbaycanı hərb yolundan çəkindirməyə yönəlik açıqlama verdi. Amma bunu da ikibaşlı şəkildə etdi. Guya ki, bizimlə bərabər erməniləri də hərb yolundan imtina etməyə çağırır. Ancaq reallıqda isə bu bəyanatın ermənilərə heç bir aidiyyatı yoxdur. Çünki onlar zatən işğal etmək istədikləri torpaqları artıq çoxdan işğal ediblər. İndi müharibə məhz bizə lazımdır ki, həmin torpaqlarımızı azad edək. Papa da özünün qondarma “sülhpərvər”liyi ilə məhz bunun qarşısını almağa çalışır. Və bəyanatının sonunda da əsl məsum insanlara bənzər bir şəkildə deyir ki, “Sülh üçün dua etmək lazımdır”Bax bu yerdə adama sual verərlər ki, cənab Papa, dua ilə sülh olurmu ? Axı sən bir neçə ay bundan öncə Ermənistanda da olmusan və Ermənistanın başında duranların sülhə hazır olmadıqlarını və əslində isə heç sülhü istəmədiklərini də öz gözlərinlə görmüsən. O zaman nədən erməniləri sülh üçün dua etməyə çağırırsan ? Məgər ermənilər sənin səsinə səs verəcəklərmi ? Əlbəttə ki, yox !Bir məqamı da qeyd edim ki, Papa yola düşməzdən öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanların dəfn olunduğu Şəhidlər xiyabanını da ziyarət etdi. Və o, burada Vətən uğrunda həyatını qurban vermiş müxtəlif millətlərə və dinlərə mənsub insanların məzarlarını gördü və özü də etiraf etdi ki, bu hal Azərbaycanın bir ölkə kimi mədəni müxtəlifliyini və həqiqətən də sülhsevər bir ölkə olduğunu bir daha sübut edir.Biz gerçəkdən də sülhsevərik. Sözdə yox , əməldə, real sülhsevərik. Və İlham Əliyev də Papaya məhz bunu anlatmağa çalışırdı. Düz də edirdi. Bu, çox düzgün taktika idi. Biz onsuz da əvvəl-axır öz torpaqlarımızı yalnız müharibə yoluyla qaytaracayıq. Bunun alternativi yoxdur. Amma bunu öncə sülsevərliyimizi bütün dünyaya nümayiş etdirməklə, başa salmaqla edə bilərik. Çünki ermənilər özləri aqressor millət olduqları halda, məhz bizi bütün dünyaya təcavüzkar millət kimi tanıdıblar. Odur ki, biz elə etməliyik ki, hamı bizim gerçəkdən də sülhsevər bir ölkə olduğumuza əmin olmalı, amma müharibədən başqa bir yolumuzun qalmadığını da bilməlidir. Məhz bu baxımdan Papa da bilməlidir ki, Azərbaycan xalqının sülhsevərliyi limitsiz olsa da, amma səbri isə limitsiz deyil və bu xalqın səbrini bu qədər haqsızcasına sınağa çəkmək sonunda ermənilərə baha başa otura bilər!Əlisahib Hüseynov, DADP sədri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler