Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ermeniler Yevlaxa gelib çıxsa, bu, radikal müxalifetin bayramı olacaq”

18 Temmuz 2016

7:24 am


18/07/2016 [11:22]: xeber –
Azərbaycanda suyun
ardınca elektrik enerjisinin satış qiymətinin artması cəmiyyətdə müəyyən
narazılıqla qarşılanmaqdadır. Baş verən qiymət artımına münasibət bildirən siyasi
müxalifətin bəzi nümayəndələri media və sosial şəbəkələrdə xalqı qiymət artımına
qarşı etiraz etməyə, öz narazılığını ortaya qoymağa səsləməkdədir.

Maraqlıdır, müxalifətin
yaranmış vəziyyətdən istifadə edərək xalqı etiraza səsləməsi nə dərəcədə
doğrudur? Burada hüquqi baxımdan hər hansı qanun pozuntusu möcuddurmu?

sayt-a açıqlama
verən millət vəkili Araz Əlizadə radikal müxalifətin hər zaman hər cür
narazılıq və uğursuzluqdan faydalanmağa çalışdığına diqqət çəkdi:

“Burada qanun pozuntusu
yoxdur, lakin əxlaqsızlıq elementləri var. Bizim qəribə radikal müxalifətimiz
var. Sabah Allah eləməsin, ermənilər hücuma keçib gəlib Yevlaxa çatsalar,
radikal müxalifət üçün bayram olacaq. Necə ki, onlar 80-ci illərin sonu, 90-cı
illərin əvvəllərində Qarabağda hər bir məğlubiyyətdən hakimiyyətə gəlmək üçün
istifadə etməyə çalışırdılar, indi də bu cür şeylərdən istifadə edib hakimiyyətə
gəlmək istəyirlər. Lakin onların arzuları ürəklərində qalacaq. Artıq Azərbaycan
oturuşmuş, sabit dövlətdir. Gəda-güdalar bir daha hakimiyyətə gələ bilməyəcəklər”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler