Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ermeniler Ukraynada önde geden azerbaycanlıları sıradan çıxardır”

14 Eylül 2016

11:20 am


14/09/2016 [15:19]: xeber –
Ukraynada xeyli sayda azərbaycanlı
DİN qarşısında aksiya keçirib. Onlar erməni daxili
işlər naziri Arsen Avakovun bu postda təmsil olunduğu son iki il ərzində
Ukrynada 20-dən çox tanınmış azərbaycanlının oğurlanması və öldürülməsi məsələsinə,
habelə bu cinayətlərin bağlı saxlanılmasına aydınlıq gətirilməsini tələb edib.

Maraqlıdır,
Azərbaycan dövləti Ukraynadakı soydaşlarımıza dəstək verməlidir? Rəsmi Bakı
bununla bağlı Ukrayna dövlətinə hansısa səviyyədə xəbərdarlıq ünvanlamalıdırmı?

sayt-a
açıqlama verən politoloq Qabil Hüseynli Azərbaycanın hakimiyyət orqanlarının bu
məsələdə Ukraynadakı soydaşlarımızın yanında olmasını vacib hesab etdiyini
vurğuladı:

“Təbii ki, dövlət buna öz münasibətini bidlirməlidir.
Çünki ordakılar bizim soydaşlarımızdır. Ukraynada ermənilər öndə gedən azərbaycanlıların
hamısını sıradan çıxardır. Onların iqtisadi rıçarlarını əllərindən alırlar. Onlar
Azərbaycan xalqının ən layiqli oğullarına qarşı repressiyalar tətbiq edirlər.

Ukraynadakı DİN rəhbəri
başdan-ayağa millətçi bir adamdır. Azərbaycanın hakimiyyət orqanları,
Ukraynadakı səfirlik, XİN buna öz münasibətini bildirməlidir. Gərəkirsə məsələyə
prezident səviyyəsində mövqe ortaya qoymaq lazımdır. Biz ordakı azərbaycanlıları
taleyin ümidinə buraxa bilmərik”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler