Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermeniler Talış kendine qaytarılır…

21 Ekim 2016

5:52 pm


21/10/2016 [21:50]: xeber –
5 günlük aprel əməliyyatları zamanı ətrafında ən gərgin döyüşlərn getdiyi və erməni sakinlərin tamamilə tərk etdiyi Talış kəndi yenə də diqqət mərkəzindədir. Erməni rəhbərliyi  kənddən qaçaraq Dağlıq Qarabağın  və Ermənistanın müxtəlif yerlərində məskunlaşmış erməni ailələrinin kəndə qaytarılması üçün tədbirlər görməyə başlayıb. sayt-ın erməni KİV-ə istinadla verdiyi xəbərə görə, Talış kəndinin Azərbaycan ordusu ilə təmas xətti istiqamətində atəşdən qorunmaq üçün sədlər çəkilməyə başlanıb. Bu barədə erməni jurnalistlərə “Milli təhlükəsizlik” Partiyasının sədri,  qondarma “DQR”-in Ermənistandakı nümayəndəliyinin müşaviri Qarnik İsaqulyan məlumat verib. O deyib: “Kənddə  bərpa işləri tam gücüylə gedir. Heç kəs buranı qurub sonra bunun hamısını Azərbaycana vermək fikrində deyil. İnanmayın ki, belə bir şey mümkündür… Tezliklə 30 ailə Talış kəndinə qayıdacaq…”Erməni mənbələrinin məlumatına görə, aprelin 2-dək Talış kəndində hərbçilərin ailələrini və müvəqqəti qeydiyyatda olanları çıxmaq şərti ilə 600-dan çox sakin, yaxud 140 ailə yaşayıb.Xatırladaq ki,  aprel əməliyyatları nəticəsində silahlı qüvvələrimiz Talış kəndi  ətrafındakı bir neçə yüksəkliyi azad etsə də, kəndə nəzarəti tam ələ keçirə bilməyib.Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler