Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermeniler Laçında yeni yaşayış kvartalı saldılar – FOTOLAR

04 Eylül 2016

7:00 am


04/09/2016 [10:53]: xeber –
Sultan bəyin qulağıkəsik Andronikin qoşununu darmadağın etdiyi kənddə işğalçılar 150 yeni ev tikiblər Sentyabrın 3-də qondarma Dağlıq Qarabağ Respublikasının Kaşataq rayonunun Axavno kəndində “Ariavan” adlı yeni yaşayış kvartalının açılış mərasimi keçirilib. sayt erməni mediasına istinadla xəbər verir ki, açılışda “DQR” “prezident”i Bako Saakyan, “baş nazir” A.Arutyunyan, Erməni Həvari  Kilsəsinin “Artsax” Yeparxiyasının rəhbəri P. Martirosyan da iştirak edib.Xatırladaq ki, sözügedən məntəqə de-yure Azərbaycanın tərkibində olan işğal edilmiş Laçın rayonunun  Həkəri çayı sahilindəki Zabux kəndidir. Ərazidə yeni qəsəbənin tikintisinə livanlı ermənilərin təşkil etdiyi “Artsax Ruts İnvestment” (“ARİ”) kompaniyasının birgə layihəsi əsasında 2014-cü ilin yazından başlanıb. Məlumata görə, 150 evdən ibarət kvartalda  yaşayış üçün Avropa kəndlərinin standartlarına uyğun hər cür şərait yaradılıb.Onu da unutmayaq ki, 1918-ci ildə məhz  Zabux kəndi ətrafında Qarabağ general-qubernatoru Xosrov bəyin gördüyü tədbirlər nəticəsində qardaşı, el qəhrəmanı Sultan bəyin başçılıq etdyi Azərbaycan oğulları  Şuşaya və Xankəndinə keçmək istəyən erməni general Andronikin minlərlə əsgərini məhv etmişdi.Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler