Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermeniler İsa bulağında festival keçirecek – Baxın, diqqetle baxın…

15 Eylül 2016

6:44 am


15/09/2016 [10:36]: xeber –
sayt-ın erməni mediasına istinadla verdiyi xəbərə görə, sentyabrın 15-17-də işğal altındakı Dağlıq Qarabağın “mədəni paytaxtı” elan edilmiş Şuşada “ArtsaxEtnoFest” adlı “beynəlxalq” festival keçiriləcək. Festival çərçivəsində məşhur İsa bulağı yaxınlığındakı “İsaaki Axpyur”(“İsaak bulağı”) adlı restoran-kompleksində  müxtəlif ölkə mətbəxlərinə aid xörək və şirniyyatlar nümayiş etdiriləcək. Tədbirdə Ermənistan və  DQ ilə yanaşı, Fransa, Rumıniya, Cənubi Koreya, Moldova, Gürcüstan və Suriyadan da kulinarlar iştirak edəcək. Təbii ki, ermənilər  hər yerdə olduğu kimi, burada da dolma, şişlik, lavaş və s. kimi Azərbaycan dadlılarını öz adlarına çıxacaqlar…Qeyd edək ki, İsa bulağı üzərindəki restoran-kompleksi 2014-2015-ci illərdə Şuşada biznes layihələri icra edən, villalar ucaldan Ermənistan parlamentinin keçmiş deputatı, respublika Futbol Federasiyasının prezidenti, tanınmış oliqarx Ruben Ayrapetyan tikdirib. O, bulağa gedən yolu tam asfaltlayıb, əraziyə qaz çəkdirib. Xatırladaq ki, Azərbaycan təbiətinin nadir incilərindən sayılan İsa bulağı Şuşa şəhərindən 2 kilometr aralı, dəniz səviyyəsindən təqribən 1500 metr hündürlükdə, meşədə yerləşir. Bu hidronim haqqında yerli əhalinin tarixən topladığı məlumata görə, bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə üzə çıxarmış İsa adlı əkinçinin adını daşıyır…sayt  vaxtilə Azərbaycanın yüksək vəzifə sahiblərinin, ziyalılarının sevimli istirahət guşələrindən olan İsa bulağının keçmiş və son görüntülərini də təqdim edir.Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler