Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermeniler de Zengilanda pambıq ekmek isteyirler – Göz dağı…

30 Ekim 2016

1:44 pm


30/10/2016 [17:42]: xeber –
Söz verdiyimiz kimi, sayt  23 il öncə işğal etdirilmiş  və hazırda “Kovsakan” adlandırılan Zəngilan rayon mərkəzi və bəzi kəndlərin bu günkü durumu barədə erməni mediasına istinadla əldə edə bildiyi məlumatları nəzərinizə çatdırır. Ermənilər Mincivanda  qamışdan istilik əldə edən qurğu yaradıblar…Öncə qeyd edək ki, “Kovsakan” ermənicə bakirə, toxunulmaz anlamındadır. 1997-ci ildən məskunlaşdırılmağa başlayan Zəngilanda 2014-cü ilə olan informasiyaya görə. 135 ailə, 857 nəfərin yaşadığı bildirilir.  Düzdür, Azərbaycanın  erməni işğalı altında olmayan digər rayon mərkəzləri ilə müqayisədə burada durum çox acınacaqlıdır. Lakin bütün bunlara rəğmən, az sayda olsa da, Ermənistan ermənisi, eləcə də Suriyadan qaçan soydaşları Zəngilan torpağının təmiz havası ilə nəfəs alır, saf suyunu içir, ekoloji təmiz məhsulunu  yeyirlər… Şəhərdə daimi işıq olsa da, hələ qaz yoxdur. Ermənistanın Qafan şəhərindən qaz balonları gətirilir. Üstəlik, çoxbilmiş ermənilər yanacaq problemini cürbəcür başqa yollarla da həll etməyə çalışırlar. Məsələn, “Aravud” şirkəti Zəngilanın keçmişdə qəsəbə olan Mincivan kəndində  qamışdan qənaətli istilik almaq üçün avropalıların istifadə etdiyi xüsusi qurğu işə salıb.Zəngilanın bir neçə kəndində internet var…Zəngilan daha çox cəmi 25 km məsafədə yerləşən Qafanla əlaqədədir. Həftədə 3 dəfə Qafana avtobus gedir. 110 km məsafədə yerləşən “Berdzor” adlandırılmış “Kaşatak rayonunu”nun mərkəzi” olan Laçına isə Zəngilan erməniləri avtobusla hər gün gedib-gələ bilərlər. Xankəndinə və İrəvana isə həftədə iki dəfə avtobus yollanır.İndi Zəngilanda ermənilər su problemlərini həlli etməyə çalışırlar. Ötən qışlar sudan çox əziyyət çəkiblər. Sakinlər 3 ay dalbadal suyu yalnız məktəbin yanındakı mənbədən götürə biliblər. 2013-cü ilin sentyabrında “Karabaxtelekom” şirkəti şəhərdə simsiz telefon rabitəsi və internet xidmətinin təşkilinə start verib. Artıq Mincivan və Van kəndlərində də internet işləyir. 2014-cü ildə Zəngilanda  yeni xəstəxana və uşaq bağçası istifadəyə verilib…Ermənilərin “Tufenkyan” xeyriyyə fondu bütün “Artsaxda” olduğu kimi, Zəngilanda da bir sıra tikinti işlərinə dəstək verir. 2014-cü ilin aprelində qondarma DQR “prezidenti” Bako Saakyan Zəngilanda çoxmənzilli yaşayış binasının açılışında iştirak edib, yeni təmir edilməkdə olan xəstəxanada olub və təzə uşaq bağçasının tikinti meydançasına baş çəkib.  Həmin il oktyabrın 27-də isə yenidən Zəngilanda olan B.Saakyan məşhur erməni xeyriyyəçisi Vardan Sermakeşlə birgə uşaq bağçasının və yeni təmir edilmiş xəstəxananın açılışında iştirak edib. Onu da deyək ki,  xaricdə yaşayan erməni milyarderlərinin mütəmadi olaraq Qarabağa yardım etməsi haqda informasiyalar yayılır. 2015-ci ilin oktyabrında Rusiyada yaşayan xeyriyyəçi Artur Varjapetyan  “DQR” hökumətinə 20 mikroavtobus və “cip” avtomobil bağışlamışdır. “UAZ” markalı bir mikroavtobus da Zəngilan ermənilərinə qismət olmuşdur. Şəhərin meri Razmik Markaryanın sözlrinə görə, həmin maşın kiçikyaşlı məktəbliləri daşıyacaq.Xankəndindəki xalçatoxuyan “Karabax karpet” şirkətininin  Zəngilanda  2014-cü ildən tikintisinə başlanan sexi fəlaiyyətə başlamaq üzrədir.Suriya erməniləri 10 ildən sonra Zəngilandakı evlərinin “tamhüquqlu sahibi” olacaqlar…Son məlumatlara görə, Zəngilanda Suriyadan qaçmış 14 erməni ailəsi (təxminən 150 nəfərə yaxın) də yaşayır. Suriyalı ermənilərə adambaşı 50-100 hektar torpaq, yaşayış yeri və kredit verilir. Qeyd edək ki, “DQR” “qanunları”na görə Suriya qaçqınları 10 ildən sonra bu gün onlara pulsuz verilmiş evlərin “tamhüquqlu sahibi” olacaqlar. Suriyadan işğal edilmiş Azərbaycan ərazilərinə gəlmiş ilk ermənilərdən olan Jirayr Tonopetyan deyir ki, onların ailəsi 2009-cu ildə 100 hektar sahədə buğda əkirdilərsə, 2011-ci ildə artıq 180 hektardan məhsul götürməyə başlayıblar. Gələcəkdə 250-300 hektarda taxıl yetişdirməyi planlaşdırırlar. Mqer Tonopetyan isə digər suriyalı Pol Alaqaçla birgə qarpız becərməklə məşğuldur. Onlar 600 hektar sahədən qarpız yığmağı qarşılarına məqsəd qoyublar. Hətta ərazidə pambıq becərməyi də düşünürlər.  Xatırladaq ki, işğaladək ZəngilandaJirayr isə noxud və lobya yetişdirməyə daha çox üstünlük verir. Göründüyü kimi, Zəngilanda boş qalmış məhsuldar torpaqlarımızı suriyalı ermənilər əkib-becərir. Sabah onların arasından “PKK”-çı və ya “İŞİD”-çinin peyda olacağına heç kəs zəmanət vermir. Və onların Qarabağa daha hansı “toxum” səpəcəkləri də sual altındadır… Qeyd edək ki, bir neçə gün öncə aravot.am erməni saytının yaydığı məlumata görə, Suriyadan Ermənistana daha 14 erməni ailəsi gətirilib…Zəngilandakı qızıl yatağını Rusiya şirkətləri istismar edir…Zəngilanın İranla sərhədində ermənilər 2010-cu ildə yeni sərhəd zastavası tikiblər. Ancaq sovet dövründən qalma sərhədçi əsgər abidəsi yerində qalır. Sərhədin İran tərəfində Arazın düz yanından Bakıdan Naxçıvana gedən avtomobillər görünür. Ermənilər Qarabağda ən dadlı Zəngilan qarpız-yemişini də elə sərhəd yaxınlığında yetişdirirlər…Bəzi erməni mənbələrinin verdiyi məlumata görə, Rusiyanın “RECO-Qarantiya” sığorta şirkətinin sahibləri olan məşhur erməni milyarderlər Nikolay və Sergey Sarkisovların ayırdığı maliyyə hesabına işğal altındakı Kəlbəcər, Ağdərə və s. bölgələrdə olduğu kimi, Zəngilan yaxınlığındakı Tondirqet qızıl yatağının da istismarına başlanılıb. Qeyd edək ki,  2014-cü il oktyabrın 27-də Zəngilanda səfərdə olmuş separatçı qurumun rəhbəri B.Saakyan sözügedən qızıl yatağına da baş çəkib.Keçmiş rayon prokurorluğu binasının üzərində “Daşnaksütyun” emblemi var…“DQR” rəhbərliyi Zəngilanda erməni qadınları da işlə təmin etmək üçün tədbirlər görür. “Artsaxfond” kompaniyasının təşəbbüsü ilə şəhərdə Qadın Əl İşləri Assosiasiyası yaradılıb. Qurumda artıq 20 qadın çalışır, tezliklə onların sayını 50-yə qaldırmağı düşünürlər. 2014-cü il oktyabrın əvvəlində Zəngilanda erməni qadınların əl işləri sərgisi keçirilib. Sərgidə məhrəbalar, papaqlar, mobil telefonlar üçün qablar, mürəbbələr, quru meyvələr, suvenirlər və rəsmlər nümayiş etdirilib. Üzərinə müxtəlif dillərdə “Qarabağda düzəldilib” yazılan məhsullar xaricdə, əsasən Livanda satılır. Sonuncu sərgidə qadınlardan birinin çəkdiyi rəsmin hərracda ilkin qiyməti 80 dollar olub və sonda həmin rəsm 300 dollara satılıb. Onu da qeyd edək ki, Zəngilanda qatı millətçi “Daşnaksütyun” partiyasının üzvləri daha çox fəallıq göstərir. Bunu rayonun keçmiş prokurorluq binasının üzərində “Daşnaksütyun” embleminin olması da sübut edir…Əlbəttə,  öncə qeyd etdiyimiz kimi, ermənilərin torpaqlarımızda gördüyü işlərin, keçirdikləri tədbirlərin səviyyəsi və miqyası bizim üçün gülməli, bizim Bakıda, bölgələrdəki tikintilərimiz, abadlıq işlərimiz isə ermənilər üçün əlçatmaz nağıldır. Amma təəssüf ki, bütün çalışmalarımıza rəğmən Qarabağın, o cümlədən, Zəngilanın azadlığı da bizim üçün hələ ki, nağıl olaraq qalır…Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler