Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermeniler bu silahlarını nümayiş etdirdi -Foto

21 Eylül 2016

9:52 am


21/09/2016 [13:49]: xeber –
Ermənistanın müstəqilliyinin 25 illiyi münasibətilə İrəvanda parad keçirilib. Paradda ermənilər T-72 tanklarını, tank əleyhinə özüyeriyən qurğular,  “Qrad”, “Tayfun”, VM-80, “Smerç”, “Konkurs” reaktiv yaylım atəş sistemləri, “Toçka U”, “Skad” taktiki raket komplekslərini nümayiş etdiriblər. Bundan başqa, S-125, Strela-10, “Buk”, S-300 zenit raket kompleksləri də parada çıxarılan texnikalar arasında olub. Paradda diqqəti çəkən isə “İsgəndər” kompleksidir. Bu kompleksin “İsgəndər”in son versiyası olması barədə (İsgəndər-M) bir neçə gün öncə qeyri-rəsmi xəbər yayılsa da, bugünkü açıqlamada kompleksin dəqiq markası göstərilməyib. Üstü bağlı olduğundan, bu kompleksin hansı model olduğu da bilinmir. Qeyd edək ki, 200 km-lik hədəfi vurmaq qabiliyyətinə malik  İsgəndər-E Rusiyanın ixrac etdiyi silahlar sırasındadır. 2006-cı ildən istehsal olunan və 2007-ci ildə Rusiya ordusunun silahlanmasına qəbul edilən İsgəndər-M isə 500 km-lik hədəfi 100 faiz dəqiqliklə vuran, nüvə başlığı daşıma imkanına malik raketdir. Rusiya bu silahın ixracına qadağa qoyub və ən yaxın müttəfiqlərinə belə satmır. Ancaq müttəfiq ölkələrində yerləşən Rusiya bazalarında İsgəndər-M yerləşdirilib. Bu raketin Ermənistandakı 102-ci Rusiya hərbi bazasında da olduğu istisna edilmir. Son məlumata görə, rəsmi açıqlamada yalnız “İsgəndər” olaraq göstərilən kompleksin İsgəndər-M olması barədə mediada yayılan qeyri-səhih informasiya Ermənistan hakimiyyətinin piar cəhdidir. Bununla Sərkisyan hakimiyyəti daxili auditoriyada güvən qazanmağa çalışır.(Axar.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler