Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermeniler bizim qozlarımızdan mürebbe bişirir ve…

24 Eylül 2016

10:56 am


24/09/2016 [14:53]: xeber –
Artıq  neçə ildir ki, Xankəndində fəaliyyət göstərən “Artsaxfrut”  şirkəti işğal edilmiş Azərbaycan torpaqlarının bəhrəsini: qozunu-fındığını, tutunu-doşabını, alma, armud, narını, zoğalını, pomidor-xiyarını və s. toplayıb, konservləşdirib  “Made in Armenia”, yaxud “Sdelano v Armenii” adı ilə xaricə satmaqla məşğuldur. Qarabağ  məhsulları daha çox Rusiyada satılır. Nədənsə son vaxtlar daha çox Qarabağdan göndərilən qoz və nar məhsullarına tələbat artıb. sayt-ın  erməni mediasına istinadla verdiyi xəbərə görə, xüsusən Moskva və Krasnodardakı rus alıcılar ermənilərin göndərdikləri Azərbaycan meyvə-tərəvəzindən razılıq edirlər. Qiymətlər də alıcıları razı salır. Məsələn, 350-450 qramlıq şüşə bankalardakı qoz mürəbbəsi 2013-cü ilədək 100-150 rubla satılıb, inidi isə 220-250 rubla(təxm. 3-4 dollar) realizə edilir. “Artsaxfrukt” şirkətinin direktoru Armen Satryanın sözlərinə görə, hazırda şirkət yalnız Dağlıq Qarabağ əhalisi  üçün nəzərdə tutulan kompotlardan əlavə 40-45 adda məhsul istehsal edir.Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler