Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermeni yalanlarına qarşı çıxan millet vekili cezalandırıldı  

22 Ekim 2016

8:04 pm


23/10/2016 [00:03]: xeber –
sayt xəbər verir ki, Almaniya Federal Məclisində erməni yalanlarına dair qanuna qarşı səs verən Kudla partiya tərəfindən yenidən millət vəkilliyinə namizəd göstərilməyib.Xristian Demokrat Birlik Partiyası tərəfindən (CDU) Almaniya Federal Məclisində 4 ay əvvəl erməni iddialarını ehtiva edən qanun layihəsinin əleyhinə bir tək səs verən deputat Bettina Kudla gələn il keçiriləcək parlament seçkilərində yenidən millət vəkilliyinə namizəd göstərilməyib.Alman mətbuatında yer alan xəbərlərə görə, Leypsiq şəhərindəki rayonlardan ümumi seçkilər üçün bilavasitə millət vəkili namizədlərinin müəyyən etdiyi iclasda Kudla “Leipzig-Nord” zonasından yenidən deputat olmaq üçün namizəd olub. Üç rəqibə qarşı yarışan Kudla ilk turda 126 nümayəndənin 36-nın səsini alıb, ancaq 2 namizəddən geridə qalıb.Gələn il keçiriləcək parlament seçkilərində “Leipzig-Nord” zonasından Kudlanın yerinə salon velosipedi üzrə Olimpiya Çempionu olan 48 yaşlı Jens Lehmann birbaşa millət vəkili namizədi kimi təsdiq olunub.Alman mediası Kudlanın namizəd göstərilməməsini partiyanın onu cəzalandırdığı şəklində şərh edib. Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler