Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ermeni soyqırımı”na göre 1 il hebs ve 45 min avro ceza

02 Temmuz 2016

7:56 am


02/07/2016 [11:52]: xeber –
Fransa parlamenti  “erməni soyqırımı”nı inkar edənlərə qarşı cəza nəzərdə tutan yeni qanun layihəsini bəyənib. ANS PRESS-in məlumatına görə, Fransa parlamentinin aşağı palatası hökumətin təqdim etdiyi  “Bərabərlik və vətəndaşlıq” qanun layihəsinə düzəlişi qəbul edib.Düzəlişə görə, “erməni soyqırımı” faktını inkar edənlərə cəza tətbiq ediləcək.  Qanun layihəsində xüsusi qeyd olunur ki, “erməni soyqırımı”nı tanımayanları bir il müddətinə azadlıqdan məhrumetmə cəzası və 45 min avro cərimə gözləyir. Qanun layihəsi baxılmaq üçün Senata təqdim ediləcək. Bu ilin yanvarında Fransa prezidenti Fransua Olland Avropa İnsan Haqları Məhkəməsinin keçmiş sədri Jan-Pol Kostaya “erməni soyqırımı”nı inkar edənlərə qarşı cəza nəzərdə tutan yeni qanun layihəsini işləməyi tapşırıb.Fransanın erməni təşkilatlarının Koordinasiya Şurasıyla keçirdiyi ənənəvi illik görüşün gedişatında Olland bu barədə ən tanınmış hüquqşünasa Jan-Pol Kostaya tapşırıq verdiyini qeyd edib. Prezident “erməni soyqırımı”nın inkarı üçün cəza nəzərdə tutan yeni qanun layihəsinin ölkənin qanunverici sistemində ləyaqətli yeri tutacağına ümid etdiyini bildirib.2012-ci ilin fevralında Fransa Konstitusiya Şurası parlamentin qəbul etdiyi “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza tətbiqini nəzərdə tutan qanunu ləğv edib. Olland bunu ermənilərin və fransızların böyük məğlubiyyəti adlandırıb: “Əgər yeni qanun Konstitusiya Şurası tərəfindən ləğv edilərsə və ya Fransanın Avropa İnsan Haqları Məhkəməsi qarşısında cavabdehliyi ilə nəticələnərsə, o zaman bu, ölkəmiz və erməni məsələsi üçün dəhşətli bir məğlubiyyətə çevriləcək, inkaretmənin qələbəsi olacaq”.Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il “soyqırım”ı tanıyıblar.2012-ci ilin fevralında Fransa Konstitusiya Şurası qondarma soyqırımının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv edib. Şura söz və ifadə azadlığına zidd olduğunu əsas gətirərək bu qanunu ləğv edib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler