Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermeni silahlıları serhedde yanğın töredibler – Mina partlayışları olub – FOTO

26 Temmuz 2016

5:52 am


26/07/2016 [09:52]: xeber –
Ermənistan silahlı qüvvələri Tovuzun sərhəd kəndində yanğın törədiblər. Məlumata görə, alov kəndə istiqamət aldıqca bir neçə mina partlayışı da olub.Tovuzun Əlibəyli kəndində səhər saatlarından etibarən göy üzünü tüstü bürüyüb. Kəndlilərin sözlərinə görə, erməni silahlıları əsasən küləkli havada quru otlaq sahələrinə od vuraraq alovun Əlibəyli, Ağdam, Hacallı kəndlərinə doğru yayılmasına, yaşayış məntəqlərinə ziyan vurmasına çalışırlar. Ərazidə quru ot, kol-kos üstünlük təşkil etdiyindən külək alovu tez bir zamanda kəndə istiqamətləndirə bilir. Bu zaman yanğından qorunmaq üçün yırtıcı heyvanlar, daha çox da sürünənlər Azərbaycanın sərhədyanı kəndlərinə tərəf istiqamət alırlar./Report.az/




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler