Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermeni qucağında oturan Talışstan telekanalı Lenkeranskinin qetlinde şok adlar çekdi

02 Eylül 2016

5:44 am


02/09/2016 [09:36]: xeber –
18 avqustdan bu günə kimi Azərbaycan mətbuatının gündəmində bir nömrəli mövzu Rövşən Lənkəranskinin ölümü və onun ətrafında baş verən hadisələr olduğunu desək yanılmarıq. Bu mövzuya hərə bir cür yanaşdı, müxtəlif versiyalar irəli sürüldü, dəfndən, yas yerindən reportajlara qədər yazıldı. Bütün yazılarda Rövşən Lənkəranskinin şəxsinə hörmətlə yanaşılıb, onun xeyirxahlığından danışılıb. Heç bir yazıda Rövşənin milli mənsubiyyətinə toxunan olmadı, çünki buna lüzum yox idi. Rövşənin ölümündə  icraçı kimi “Ded Xasan”ın  həmyerlilərinin-yezidi kürdlərin əlinin olduğunu ilk olaraq Rusiya mətbuatı, sonra yerli mətbuat yazdı.  Azərbaycan cəmiyyətinə yaxşı məlum olan “Talışıstan televiziyası” isə öz ampluasına sadiq qalaraq Rövşən Lənkəranskinin ölümünə tamam fərqli münasibət göstərərək 31 avqust buraxılışında İlhamə Cəfərzadə kimi təqdim olunan aparıcının dililə Azərbaycana, azərbaycanlıların ünvanına böhtan və təhqirlər yağdırıb, R.Canıyevin Azərbaycan türkləri tərəfindən öldürüldüyünü bəyan edib. Ekrandan nağıl söyləyən kimi ahəstə səslə danışan bu qadın əslində elə nağıllardakı “Küpəgirən qarı”nın özüdü ki, var. Rövşənin talış milliyətinə mənsub olduğunu xüsusi qabardan bu Küpəgirən, Rövşənin ölümünün  Azərbaycan Respublikasının səlahiyyətliləri tərəfindən həyata keçirildiyini və səbəb kimi də guya “Talış milli azadlıq hərəkatının geniş vüsət aldığı təqdirdə Rövşən Canıyevin bu hərəkatın liderinə çevriləcəyindən qorxduğuna görə aradan götürdüyünü”  utanmadan bəyan edir.  Sözün bütün mənalarında bu Küpəgirənin arxasında ermənilərin dayandığı məlumdur və İrəvandan yayımlanan bu bədnam televiziyanın Rusiyanın müəyyən dairələri tərəfindən himayə və maliyyələşdiyi də sirr deyil. Bu yaxınlaradək Zabil Madoj adlı birisinin apardığı bu televerilişləri  indi İlhamə Cəfərzadə kimi təqdim olunan bu Küpəgirən qarı aparır. Bu qarı irəli gedərək Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun Rövşənin öldürüldüyü ərəfədə İstanbulda təsadüfən olmadığını söyləməklə dolaysıyla Azərbaycan məmurunu ittiham edir. Televerilişdə sübut etmək istəyirlər ki,  Rövşənin dəfninin və yas günlərinin izdihamlı keçməsi guya hakimiyyəti narahat etdiyindən, yasın 7-ci günündən sonra Qafqaz Müsəlmanları İdarəsinin başçısı Allahşükür Paşazadə və FHN naziri K.Heydərov Lənkərana gedib yas sahiblərindən xahiş ediblər ki, yas tədbirlərini dayandırsınlar. Talışıstan televiziyası bəzi məsələləri dilə gətirməklə necə “ayı xidməti” göstərdiklərinin fərqində belə deyillər. Küpəgirən qarı vaxtilə Rövşən Canıyevin Kiyevdə saxlandığını və Bakının tələbinə baxmayaraq onu təhvil vermədiklərini görün necə əsaslandırır. Guya Rövşən Canıyev talış xalqının azadlığı uğrunda fəalyyət göstərdiyi üçün vətənində təqib olunur və o “siyasi qaçqın” status aldığından Kiyev onu Bakıya təhvil verməkdən imtina edib. Bu bədbəxtlər anlamır ki, “qanunu oğru” statusunda olan bir şəxsə bu cür qondarma siyasi mübariz statusu vermək kriminal dillə desək “zapadlo” sayılır. Hələ bu harasıdı .., bunlar verilişin sonunda Rövşən Lənkəranskini “işverən” kimi də təqdim edirlər. Guya Rövşən bu yaxınlarda Moskvaya köçməyə qərar verib və guya o “Rusiyanın xüsusi xidmət orqanlarına Azərbaycan hakimiyyətinin xeyli çirkli əməlləri barədə məlumat verəcəkmiş və bundan  qorxan iqtidar Rövşəni qətlə yetirməyə qərar verib”. Erməni pıçıltısını gur səslə efirdə çığıran bu həyasız Küpəgirən, “qanunu oğru”nu FTX – nin adamı kimi təqdim etdiyinin fərqində deyil. İlhamə Cəfərzadədən, ümumiyyətlə Talışıstan Televiziyasından bu təhqirə görə “kriminal dünyanın” hesab soracağı mütləq olacaq. Azərbaycanda separatist meyllərə hardan, hansı qüvvələr tərəfindən dəstək verildiyi gizli  məsələ deyil və ”Talışıstan televiziyası”nın da onların ruporu rolunda olduğu məlumdur. Təəssüf ki, bu ruporun tələsinə düşənlər də var. Bu yazını yazmaqla indi və perspektivdə tələyə düşənləri xəbərdar edib bildirmək istəyirik ki, Azərbaycan türküylə talışı qarşı-qarşıya qoymaq istəyənlərin cavabını elə talış xalqı özü verəcək, elə Rövşən Canıyevin doğmaları, onun məsləkdaşları verəcək. Talışıstan Televiziyasının 31 avqust 2016-cı il yayımının videosunu saytımızda yerləşdirmək istəsək də, son anda qərarımız bu oldu ki, belə etsək bu şərəfsizləri reklam etmiş oluruq. Maraqlananlar YOUTUBE-də  tanış ola bilərlər. Bu verilişə baxanda bu bədnam televiziyaya da, onun aparıcısı İlhamə Cəfərzadə adlı “Küpəgirən qarıya”da nifrət edəcəyinizə əminik. Çox istərdik ki, həm Rövşən Canıyevin xətrini və xatirəsini əziz tutanlar, həm də rəsmi orqanlar bu televiziya və onun aparıcıları haqqında mövqe və tədbirlərini ortaya qoysunlar.sayt-ın analitik qrupu


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler