Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermeni qızla “avtoşluq” edib, polisleri ele salan Azat Şamsuarovun oğlu hebs edildi -FOTO

17 Ekim 2016

4:28 pm


17/10/2016 [20:12]: xeber –
“Lukoyl”un prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərovun müavini Azat Şamsuarovun oğlu Ruslan Şamsuarov və onun dostu Viktor Uskov 300 saatlıq icbari iş görəcəklər.   Moskvanın Qaqarin rayon məhkəməsi  hər iki vətəndaşı polislərin təhqir edlməsinə görə 300 saatlıq məcburi islah işlərinə  məhkum edilib və 20 min rubl cərimə olunub. sayt bu haqda Rusiya mediasına istinadla xəbər verir.  Xatırladaq ki,  mayın 26-da içərisində Ruslan Şamsuarovun və onun dostlarının olduğu maşın Rusiyanın paytaxtının küçələrində yol polisinə çətin anlar yaşadıb. “Mercedes Gelandewagen” polislərlə küçələrdə “ölüm yarışına” çıxıb. Polis maşınları onların içində olduğu nömrəsiz bahalı maşını qovub. Ruslan Şamsuarovla dostları “avtoşluq” edərkən onları saxlamağa çalışan polisləri ələ salıblar. Gənclər hətta, polisdən qaçışı videoya da çəkiblər.Hadisə barədə KİV-də məlumat video “Youtube” kanalına qoyulandan sonra yayılıb. İlk həbs olunan isə  avtomobili sürən 22 yaşlı Abduvaxob Məcidov olub. Daha sonra Moskva polisi “Lukoil” şirkətinin vitse-prezidenti Azat Şamsuarovun oğlu Ruslan Şamsuarovu və erməni qızı Mara Baqdasaryanı həbs edib. Moskvanın Qaqarin rayon məhkəməsi “Mercedes Gelandewagen”i idarə edən Məcidova 15 gün, Maraya isə 10 sutka həbs cəzası verib. İyunun 11-də Moskvanın Qaqarin məhkəməsində Ruslan Şamsuarov barəsində açılan cinayət işinə isə xitam verilib.  Xüsusi istintaq təcridxanasında 15 gün saxlandıqdan sonra Ruslan Şamsuarov azadlığa çıxıb. Lakin “Mersedes Gelandewagen” müsadirə olunub.Vəkil onun barəsində cinayət işinin bağlanmasına səbəb kimi müttəhimin astma xəstəliyindən əziyyət çəkməsini göstərib. Ruslan Şamsuarov ilə yanaşı, “Mercedes Gelandewagen”in sürücüsü Abduvahob Məcidov da azadlığa buraxılıb.  Şamsuarov məhkəmə zamanı hakimin heç bir ittihamını qəbul etməyib. Sonradan qarşı tərəf  məhkəmədən  müttəhimlərin   2 il 7 ay müddətinə azadlıqdan mərhum edilməsini tələb ediblər. Prokurorluq isə 3 dəfə bu iddianı rədd edib və  RF CM-nin 319-cu maddəsi ilə( hökumət nümayəndəsinin təhqir edilməsi) ittiham olunduqlarını əsas gətirib. Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler