Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermeni proqramcidan aglasigmaz firildaqciliq

01 Aralık 2016

5:12 pm

– xeber –
Norveç 500 milyon dollar oğurlamaqda təqsirləndirilən erməni əsilli rusiyalı proqramçı Mark Vardanyanı ABŞ-a ekstradisiya etmək niyyətindədir.
Report xəbər verir ki, rəsmi Moskva aylardır bunun baş verməməsinə çalışır.
Norveç şirkətlərindən birinin keçmiş IT-mütəxəssisi olan M.Vardanyan ötən ilin sentyabr ayında saxlanılıb və hələ də ilkin həbsdə saxlanılır.
Rəsmi ittihama görə, o, internetə xüsusi fayllar yükləməklə 11 milyondan çox kompüteri virusa yoluxdurub, nəticədə minlərlə insanın fərdi məlumatlarına giriş əldə edib və sonra bank sistemlərindən böyük məbləğdə pul oğurlamaq məqsədi ilə bu məlumatlardan istifadə edib.
M.Vardanyan ittihamları qəbul etmir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler