Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermeni müellif: Bakıda yeni mektebler açılır, Ermenistanda ise mektebe gedenlerin sayı azalır

19 Eylül 2016

1:16 pm


19/09/2016 [17:13]: xeber –
“Dünən Azərbaycan mətbuatına nəzər saldığım zaman bir məqalə oxudum və bu, mənə pis təsir etdi. Məqalə ordu, hərbi mövzu ilə bağlı deyil. Azərbaycan prezidenti İlham Əliyevin Bakıda məktəbin açılışında iştirak etməsi ilə bağlıdır. Baxın, Bakıda bir neçə ay ərzində bir sıra məktəblər açılıb. Ermənistanda isə sentyabrın 1-də birinci sinfə gedənlərin sayı xeyli azalıb”.Bu barədə Ermənistanın Yerevannews saytında yer alan yazıda deyilir.Yazı müəllifi Aşot Asatryan Ermənistanda sonuncu dəfə nə vaxt məktəb açıldığını xatırlamadığını qeyd edib:“Amma bizdə nə qədər istəsən hotel, əyləncə məkanları var. Ancaq məktəb…. Bu yaşıma çatmışam, lakin ölkə prezidentinin hansısa məktəbin açılışında iştirak etdiyi yadıma gəlmir. “Bakıda növbəti məktəb açılıb…” cümləsi olduqca pis təsir etdi. Ona görə yox ki, düşmən ölkəsində məktəb açılıb. Ona görə ki, məktəblərin bağlanması ilə qarşı-qarşıya olduğumuz ərəfədə hotellər açırıq”.(apa)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler