Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ermeni millisi kimi ferqli görünmeye çalışanlar…”

23 Temmuz 2016

8:00 am


23/07/2016 [11:58]: xeber –
“Qondarma
erməni soyqırımı məsələsi bizim üçün çox prinsipial məsələ olduğundan ona
münasibət həmişə sərt olur. Bu təbiidir. Çünki ermənilər fərq qoymadan türk müsəlman
əhaliyə  qarşı misli görülməmiş cinayətlər
törətmiş və bunu ört basdır etmək üçün erməni soyqırımı deyilən yalanı
uydurmuşlar. Mən bu məsələnin kökünü araşdıran tədqiqatçı kimi hər hansı azərbaycanlının  fərqli mövqeyini xəyanət sayıram.  Emin Milli deyilən adam bu işin tədqiqatını
aparmayıb. Bu məslə dən xəbəri yoxdur. 
Bilmədiyi şeyə burnunu soxmağa haqqı yoxdur. Eləcə də Türkiyədəki bəzi
erməni dölündən törəyənlər.”

Bunu
sayta açıqlamasında Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin
rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümü başqanı professor
Qafar Çaxmaqlı Meydan TV-də yayımlanmış “erməni soyqırımı” ilə bağlı yazıya
münasibət bildirərkən deyib.

Professor daha
sonra qeyd edib ki, bu düşüncədə olanları tutduqları yoldan çəkindirmək
lazımdır: “Azərbaycana qarşı “Bu adamlardan soruşmaq lazımdır ki, əgər doğrudan
da obyektiv olmaq istəyirsinizsə,  Xocalı
qətliamı məsələsini gündəmə gətirin. Bu açıq soyqırımı. Ermənilər 1915-ci il
olaylarını 100 ildə 20 ölkəyə qəbul etdirə biliblər. Bu ölkələrdə türk düşmənliyi
rol oynayıb. Demək bu yalan keçmir.  Adı
azərbaycanlı olan erməni millisi kimi fərqli görünməyə çalışanlar ikiqat xəyanət
içindədirlər. Bunu qınamalı və onları bu yoldan çəkindirməyə çalışmalıyıq. Qanmayana
qandır maq lazımdır. Bunun da metodları var…”

Xatırladaq
ki, bu günlərdə Meydan TV-də ingilis dilində qondarma “erməni soyqırımı”
ilə bağlı məqalə dərc edilib. Məqalədə müəllif Azərbaycan xalqını “erməni
soyqırımını” tanımağa çağırır.

Onu da qeyd
edək ki, sözügedən məqalə sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Müzakirələrdə
iştirak edənlər bu məqaləni Azərbaycan xalqına qarşı xəyanət kimi
qiymətləndiriblər. Həmçinin başda Meydan TV-nin rəhbərliyi olmaqla, məsuliyyət
daşıyan hər kəsin xalqdan üzr istəməsini tələb ediblər.

 

Zəhra 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler