Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermeni idmançını meydandan qaçmağa mecbur eden çempionumuz: -“Əsas meqsedim bayrağımızı qaldırmaqdı”

02 Kasım 2016

11:40 am


02/11/2016 [15:36]: xeber –
Həmsöhbətimiz Uşu-sanda üzrə dünya çempionu Təmraz Yaqnəliyevdir. Bir neçə ay öncə erməni idmançını meydandan qaçmağa məcbur edərək düşmən ölkənin idmançısına qarşı təmiz qələbə çalan çempionumuzla söhbətə idman həyatından başladıq.Təmraz Yaqnəliyev deyir ki, hələ uşaq yaşlarında idmana marağı böyük olub. Onun sözlərinə görə, idmanın əksər növləri ilə məşğul olub: «Birinci idmana boksdan başlamışam. Sonra keçmişəm güləşə. Bundan sonra qaydasız döyüşlə məşğul olmuşam. Hazırda uşu-sanda ilə məşğul oluram. Bu idman növü üzrə dünya və avropa çempionu olmuşam. Görünür, uzun axtarışdan sonra özümü bu idman növündə tapdım. Ən böyük uğurlarım da elə bu idmanda oldu. Marağım qaydasız döyüşə idi. Uşu- sandaya oxşardı. Uşu sandada puarter vəziyyətdə zərbə endirmək yoxdur».Maraqlıdır, Azərbaycanda idmanın bu növü necə inkişaf edib? Həmsöhbətimiz deyir ki, uşu-sanda qeyri-olimpia idman növüdür. Onun fikrincə, şərq əlbəyaxa idman növləri ailəsinə aid olan uşu-sanda Azərbaycanda geniş yayılıb. Amma bu sahədə uğur qazanan idmançı elə də çox deyil. Təmraz Yaqnəliyev daha sonra uğurlarından danışıb: «Respublika çempionatının qalibi olmuşam. Beynəlxalq turnirlərdə yaxşı yerlər qazanmışam. Amma yarışların birində travma aldım. İdmanda 3 il fasilə yarandı. 2015-ci -ildə yarışlara qatıldım və həmin il dünya çempionu oldum.75 kq-da döyüşürdüm.Komanda şəklində Moldovaya getmişdik. Yarış Kişinyovda keçirilirdi. Qardaşım 5 qat dünya çempionu 2 qat olimpia çempionudur. Moldovadakı yarışda isə qardaşım 3-cü yerə çıxdı. Mənim ilk rəqibim Türkiyədən idi. Finalda isə rəqibim erməni idi, ancaq döyüşmədi. Aprel hadisələri təzə baş vermişdi. Mənimlə döyüşməkdən imtina etdi, qorxdu. Əsgərlərimizin döyüş meydanındakı qələbəsindən sonra idman meydanında da ağır zərbə alacağını bildiyi üçün qaçdı».Müsahibimiz bu idman növünə müəyyən qədər diqqətin azlığından gileyləndi. Onun sözlərinə görə, Azərbaycanda cənəb Prezidentin tapşırığı ilə idmana böyük qayğı var, amma uşu-sandaya münasibət bir qədər zəifdir: «Təəssüflə qeyd etməliyəm ki, yarışlara dövlət tərəfindən aparmırlar. Ya sponsorun olmalıdır, ya da öz hesabına getməlisən. Hazırda Abşeron rayonunu təmsil edirəm. Bizdə qeyri olimpia idman növüdür deyə diqqət bir qədər azdır. Mən də istəyirəm ki, yarışlara da gedəndə olimpia idman növlərində olduğu kimi dövlət tərəfindən göndərilim. Düzdür, bizə dəstək olanlar da var. Abşeron rayon icra hakimiyyətinin başçısı İradə xanım sağ olsun bizə köməklik edir. Amma bütün hallarda biz dövlətimizə xidmət edirik. Hər zaman öz dövlətimizin adını ucaltmağa çalışırıq. Ölkədən kənara çıxanda yarışlarda olan əsas söhbət bayrağın yüksəldilməsidir. Yəni, mən bayrağımın altında döyüşürəm. Maddi heç nə güdmürəm. Əsas məqsədim yarışlarda qalib olmaq, bayrağı qaldırmaqdı. Şükrlər olsun ki, bu, mənə qismət olub. Bundan sonra da buna nail olmağa çalışacağam».T.Yaqnəliyev onu da nəzərə çatdırdı ki, hazırda məşqlərdən əlavə təlimlə də məşğulam. Bu idman növünün sirlərini gənclərə də öyrədirəm: «Abşeronda bizə yaxşı şərait yaradılıb. Məşqlər təşkil etmişik. Özüm məşq keçirəm uşaqlara. Artıq uğurlu nəticələrimiz də var. Bir dünya çempionu, 2 avropa çempionu tələbəm var. Respublika turnirlərinin qalibi olan tələbələrim var. Yəni, boş dayanmırıq, bayrağımızın daim ucalarda dalğalanması üçün əlimizdən gələni edirik».(unikal.org)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler