Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Ermeni generalın baş katib seçilmesine Azerbaycan mane olur? –Ohanyan “göyde” qalıb

20 Ekim 2016

4:44 pm


20/10/2016 [20:43]: xeber –
MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yeni baş katib seçilməsi məsələsi dekabrın sonlarında Sankt-Peterburqda müzakirə olunacaq.Bunu Rusiya mətbuatına təşkilatın hazırkı baş katibi Nikolay Bordyuja deyib. Bu təşkilata Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.Rotasiya əsasında bu vəzifəyə Ermənistanın nümayəndəsi təyin edilməlidir və bu, oktyabrın 14-də Yerevanda elan olunmalı idi. Amma Qazaxıstan prezidenti Nursultan Nazarbayev xəstəliyə görə Yerevana səfərini təxirə saldı, sonra isə Ermənistan prezidenti Serj Sarkisyan səbəbini izah etmədən bildirdi ki, bu məsələ dekabrın sonlarında Sankt-Peterburqda müzakirə olunacaq.Mənbə yazır ki, Ermənistanın nümayəndəsi bu təşkilata hələ ötən ilin dekabrında təyin edilməli idi, amma həmin vaxt Nikolay Bordyujanın səlahiyyət müddəti gözlənilmədən daha 1 il uzadıldı.Erməni politoloq Stepan Qriqoryan hesab edir ki, problem Azərbaycanın qəti şəkildə buna etiraz eləməsindədir: “Azərbaycan yeni hücuma hazırlaşır. Təsəvvür edin ki, Ermənistanın nümayəndəsi təşkilatın baş katibidir. Aydındır ki, o, Erməistanın maraqlarını daha çox müdafiə edəcək. Bu, nə qədər beynəlxalq təşkilat və nə qədər neytral osa da, aydındır ki, Ermənistan burda üzv ölkədir və baş katib Ermənistandan olsa, Azərbaycanın müharibəyə başlayacağı halda təşkilat daha operativ razılaşdırılmış hərəkət qəbul edəcək” – deyə o bildirib.Əgər yeni baş katib təyin edilsə, o təşkilatı gələn il yanvarın 1-dən idarə edəcək.(azadlıqinfo)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler