Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Erken nigahlar: reallıqlar ve onların fesadları barede maariflendirme” layihesi başa çatıb

23 Temmuz 2016

7:48 pm


23/07/2016 [23:47]: xeber –
“Sağlam Yaşa” Gənclərin Maarifləndirliməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezindenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Erkən nigahlar: reallıqlar və onların fəsadları barədə maarifləndirmə” mövzusunda 22 iyul 2016-cı il tarixində Biləsuvar rayonunda tədbir kecirmişdir. Tədbiri giriş sözü ilə təşkilatın sədri Qəribova Həbibə acaraq mövzunun aktuallığı barədə geniş məlumat verdi. Biləsuvar rayon İcra Hakimiyyətinin nümayəndəsi Ləman Yüzbaşova öz çıxışında bu sahədə olan problemlərin yaranma səbəblərinidən və onların aradan qaldırılması yollarından danışdı. Tədbirdə Əlil Qadınlar Cəmiyyəti rayon şöbəsinin əməkdaşı Səidə Musazadə, layihənin eksperti Tələt Qəribov öz cıxışlarında bu layihənin əsas məqsədinin maarifləndirmə yolu ilə gənclərimizi erkən nigahdan çəkindirmək və bu problemin azaldılmasına xidmət etməkdən ibarət olduğunu göstərdilər.Layihənin icrasına başlandığı üç ay ərzində Masallı, Yardımlı, Saatlı və Biləsuvar rayonlarında keçirilən bu tədbirlərdə, 300 yüz nəfərdən artıq gənc bu mövzü ətrafında maarifləndirilmişdir. Sonda tədbir iştirakcılarına mövzünun adını əhatə edən yazılı köynək və bukletlər paylanmişdır.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler