Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Enerji içkileri haqqında melumatlar – Yavaş-yavaş öldürür

14 Ağustos 2016

9:00 am


14/08/2016 [12:56]: xeber –
Enerji içkiləri ən son ixtiralardan biridir. Reklamda deyilir ki, imtahana hazırlaşan tələbələr, ded-layn günləri çalışan işçilər, rekord qazanmaq istəyən fitnesçilər, yorğun sürücülər və bu kimi çox yorucu işlərlə məşul olan şəxslər üçün əvəzolunmaz məhsuldur: Bir banka içdin və işinə davam edə bilərsən.  İstehsalçılar iddia edirlər ki, onların içəcəkləri ancaq fayda verir və bu səbəbdən  fərqli-fərqli tərkiblərə malik ereji içəcəkləri buraxırlar.  Bəs görəsən, əgər bu yaxşı içəcəkdirsə, niyə bir çox ölkələrdə qanunvericilər “energetiklərə” məhdudiyyətə salacaq qanun layihələri təqdim ediblər?  İlk öncə tərkibinə baxaq   Kofein. Bu məhsul istisnasız bütün «energetik»lərdə var. Stimulyator kimi təsir edir: 100 mq kofein zehni fəaliyyəti stimullaşdırır, 238 mq ürək-damar dözümlülüyü artırır (Bu cür effekt üçün gündə azı 3 banka içməlisən. Lakin istehsalçıların özləri  gündə uzağı 2 banka  içməyi tövsiyə edirlər). Qeyd edək ki, toniklərdəki kofein isə başqa stisullaşdırıcı preparat kimi  əsəb sistemini tükədir. Onun effekti orta hesabla cəmi 3-5 saat olur. Bundan sonra orqanizm dincəlməlidir. Bundan əlavə  kofein asılılıq yaradır. Həmçinin onu da bildirək ki, tərkibində  şəkər və kofein olan energetik gənc  orqanizm üçün təhlükəlidir.   Taurin. Bir bankada orta hesabla 400-1000 mq taurin var. Bu əzələ toxumalarında toplanan amin turşusudur. Hesab olunur ki, o, ürək əzələsinin işini yaxşılaşdırır. Lakin energetiklərdəki taurinin  miqdarı  digər məhsullarda olduğundan dəfələrlə çoxdur, 2 bankada olan qlyukuronolaktonun miqdarı isə günldəlik normadan 500 (!) dəfə artıq ola bilər. Həmin komponetlərin bu miqdarda bədənimizdə necə çalışdığını isə  hətta alimlər müəyyənləşdirməyiblər.Məlum deyil ki, kofeinlə birgə istifadəsi hansı nəticələri verə bilər. Bu səbəbdən  Avropa Birliyinin Qida üzrə  Elmi komitəsinin  ekspertləri bəyan edirlər ki, bu miqdarda  taurinin və qlyukuronolaktonun  istifadəsinin təsiri hələ müəyyənləşməyib. Onlar bunun üçün hələ elmi işlərin getdiyini bildirib.  Quarana və jenşen. Tonuslaşdıran  xüsusiyyətə malik dərman bitkisidir.  Lakin tibb adamları hesab edir ki, bu bitkilərə aid edilən stimullaşdırıcılıq  araşdırmalarla təsdiqlənməyib.  B qrup vitaminlər. Əsəb sistemi və baş beyin üçün vacibdir.Onların çatışmazlığı orqanizmdə hiss olunur. Ancaq  dozanı artırmaq istehsalçıların iddia etdiyi kimi heç bir  zehni qabiliyyətlərə və məhsuldarlığa təsir göstərmir. Bir çox enerji içəcəklərində isə B vitaminlərinin miqdarı çox olduğundan, insanlarda  ürək döyüntüsü və əl-ayaqlarda titrəmə yarada bilər.  Vitamini var deyənlərin nəzərinə: bu içkilərdəki vitaminlər multivitamin kompleksini əvəz edə bilməz.  ZƏRƏRLƏRİ     Belə düşünülür ki, bu içki insanı enerji ilə təmin edir. Ancaq bu, düzgün deyil. Bankanın içindəki  məhsul insanın daxili rezervinə açılan qapının açarı rolunu oynayır. Başqa sözlə banka enerji vermir, sadəcə insanda olan enerjini çıxardır. İnsan öz resurslarından «borc» götürür. Borcu isə əvvəl və ya axır qaytarmalısan. Bunun əvəzi yorğunluq, yuxusuzluq, əsəbilik və depresiya ilə ödənir.  Fitnes sevənlər bilməlidirlər ki, kofein yaxşı sidikqovucudur. Deməli, çoxlu maye itirdiyimiz məşqlərdən sonra bu içkidən istifadə olmaz.  Bu içkini dozadan artıq qəbul etmək olmaz. Maksimum gündə iki banka. Normadan artıq qəbul etmə arterial təzyiqin artmasına və qanda şəkərin yüksəlməsi ilə nəticələnir, həmçinin taxikardiya, psixomotor oyanma, əsəbilik, depressiv vəziyyət yaradır.  Qeyd edək ki, normada göstərilən maksimum iki bankanı dalbadal içmək də orqanizm üçün zərərləidir: orqanizmin resursları artıq tükənib, bu səbəbdən arzuolunan effekt əvəzinə yan təsirlərə məruz qala bilərsiz.  Yeri gəlmişkən, Hell adlı enerji içəcəyi üçün bu göstərici gündə bir bankadır. Ancaq adının mənası «cəhənnəm»  olan  bu içəcəkdən gənclərimiz gündə bir neçə banka istifadə edirlər. Çünki heç kim istifadə etdiyi məhsulun qutusunun üstünə oxumağa vərdiş etməyib.   Fransa, Danimarka və Norveçdə «energetiklər»in mağazalarda satışı qadağandır. Onlar dərman vasitəsi hesab olunduğu üçün ancaq apteklərdə satılır.  İsveçrədə isə enerji içəcəklərindən sonra vəfat edən şəxslərin istintaqına başlayıblar.  Bu içkilər ümumiyyətlə hamilələrə, uşaqlara və yeniyetmələrə, yaşlı adamlara, hipertoniklərə, ürək amar xəstəliyi olanlara, qlaukomada, yuxu pozğunluğunda, əsəbilikdə və kofeinə qarşı həssaslıq zamanı istifadəsi qəti olaraq qadağandır.  Görünən odur ki, Azərbaycan səhiyyəsində yaxın 5 ildə xərçəng xəstələrnin sayı bir neçə dəfə artmış olacaq. Belə ki, mütəxəssislər qeyd edirlər ki, enerji içkiləri orqanizmin müqavimət gücünü həddindən artıq xərclədiyi üçün bu cür dəhşətli xəstəliklərə qarşı immunitet zəif olur.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler