Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Energetika naziri prezidentlerin Bakı görüşünden danışdı

28 Temmuz 2016

8:52 am


28/07/2016 [12:51]: xeber –
“Qlobal siyasətdə sürətlə cərəyan edən proseslər və bütün bunların regionun geosiyasi mənzərəsinə fəal təsiri fonunda avqustun əvvəlində Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü baş tutacaq. Yeni dünya nizamının formalaşdığı mürəkkəb dövrdə Azərbaycan üçtərəfli formatda belə bir əhəmiyyətli görüşün ev sahibi kimi yenidən dünyanın diqqət mərkəzində olacaq”.Bu barədə Energetika naziri Natiq Əliyev “Respublika” qəzetində dərc edilmiş məqaləsində qeyd edib. “İrana qarşı sanksiyaların qaldırılmasından sonrakı dövrə təsadüf edən bu görüşün qlobal enerji və kommunikasiya layihələrinin əsas iştirakçılarından biri kimi bütün dünyada etibarlı tərəfdaş imici qazanmış Azərbaycanda keçirilməsi regionda yeni əməkdaşlıq münasibətlərinin formalaşmasına təkan verəcək.İran üzərindəki sanksiyaların ləğvindən sonra üç ölkə arasında yaranmış yeni münasibətlər mühiti, ilk növbədə, enerji sahəsində işbirliyi üçün zəngin perspektivlər yaradır. Regionda müstəqil enerji siyasəti həyata keçirən Azərbaycan İran və Rusiyanın bu sahədə maraqlarını uzlaşdırmaqla avqust görüşünü enerji əməkdaşlığına zəngin töhfə verəcək platformaya çevirə bilər.Yanacaq-enerji resurslarının həcminə görə dünyanın ən əhəmiyyətli ikinci bölgəsinə – Xəzər hövzəsinə aid bu üç ölkənin enerji sahəsində müştərək həyata keçirəcəyi layihələr kimi Rusiya-Azərbaycan-İran elektrik şəbəkələrinin vahid sinxron zonada birləşdirilməsi, həmçinin Rusiya və başqa Xəzəryanı dövlətlərdən təbii qazın nəqli dəhlizlərinin yaradılması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bakı görüşündə ölkə rəhbərlərinin qətiyyətli mövqeyi isə bu layihələrin reallaşmasını sürətləndirə bilər”.Nazirin fikrincə, İran neft-qaz ehtiyatlarını xaricə bazara çıxardılmasında Azərbaycan infrastrukturundan istifadə edə bilər və bu ən real və əlverişli variantdır:“Bu görüşdən digər mühüm bir gözlənti də enerji sahəsində əməkdaşlığa xüsusi prioritetlik qazandıran istiqamətlərdən biri kimi İranın neft-qaz ehtiyatlarının dünya bazarına Azərbaycanın yaxından iştirakı ilə çıxarılmasına nail olmaqdır.Məlumdur ki, müəyyən müddət ərzində İranın izolyasiyası siyasətinin həyata keçirilməsi Xəzərin karbohidrogen ehtiyatlarının istismarı sahəsində bu qonşu ölkənin hər hansı formada iştirakını məhdudlaşdırmış, İrandan ixrac edilə biləcək neft həcmləri İraq və Xəzər dənizi hövzəsinin neft ehtiyatları ilə əvəz olunmuşdur. ABŞ-ın Xəzər dənizindəki hazırkı siyasəti isə artıq İran amili ilə müəyyən edilmir və bu ölkəyə tətbiq olunan sanksiyaların aradan qaldırılması ilə nəinki neft və qaz sahəsində birgə layihələrin (Azərbaycanın yeraltı qaz anbarlarının birgə istifadəsi və genişləndirilməsi, Xəzər dənizində birgə axtarış-kəşfiyyat işlərinin aparılması, işlənməsi və s.) reallaşdırılmasına imkan verir, eyni zamanda qazın Avropa bazarlarına nəqlində ən real və əlverişli variant qismində məhz Azərbaycan infrastrukturunun seçilməsinə zəmin yaradır”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler