Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Emanetcilere 712,5 milyon manat odenildi

01 Aralık 2016

1:52 pm

– xeber –
Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
Fonddan Axar.az-a verilən məlumata görə, Parabank ASC-nin qorunan əmanətçilərinə 42 milyon 870 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), Zaminbank ASC-nin qorunan əmanətçilərinə 52 milyon 369 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), Kredobank ASC-nin qorunan əmanətçilərinə 27 milyon 192 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i) və Dekabank ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 21 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96%-i) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 125 mln. 452 min manatdan artıq kompensasiya verilib.
Atrabank ASC-nin qorunan əmanətçilərinə 14 milyon 226 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-dən artıq), Qafqaz İnkişaf Bankı ASC-nin qorunan əmanətçilərinə 1 milyon 928 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 92%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 154 min manatdan artıq kompensasiya ödənilib.
Bank of Azerbaijan ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), Gəncəbank ASC-nin qorunan əmanətçilərinə 975 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i), Texnikabank ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 99 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 milyon 222 min manatdan artıq kompensasiya ödənilib.
Bank Standard QSC-nin qorunan əmanətçilərinə 425 milyon 669 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 97%-i əmanətçilərə ödənilib.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 712 mln. 497 min manatdan artıq kompensasiya ödənilib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler