Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Elza Seyidcahan ere gedir  – Fotolar

19 Haziran 2016

10:48 pm


20/06/2016 [02:46]: xeber –

Azərbaycanın əməkdar
artisti, bəstəkar-müğənni Elza Seyidcahan ailə həyatı qurur.

sayta
əməkdar artistin yaxınlarından birinin verdiyi məlumata görə, bəstəkar bu
yaxınlarda ərə getməyə hazırlaşır. Mənbənin dediyinə görə müğənninin gələcək həyat
yoldaşı xarici ölkələrin birində yaşayan türkiyəli iş adamıdır. O da bildirilir
ki, cütlüyün sevgisi uzun müddətdir ki, davam edirmiş. Sadəcə Elza xanım
övladlarının toyuna görə bu izdivacı təxirə salıbmış. Ancaq indi müğənninin həm
oğlu, həm də qızı ailə həyatı qurduğu üçün Elza xanımın növbəti dəfə də evlilik
təklifini yubatmağa bəhanəsi olmayıb.

Deyilənə görə
müğənni ailə həyatı qurduqdan sonra həyat yoldaşının yanında, xaricdə
yaşayacaq. Müğənninin Azərbaycanda müğənni və bəstəkar kimi fəaliyyətini
dayandırıb, dayandırmayacağı isə hələ ki, məlum deyil.

Saytımıza
daxil olan məlumatı dəqiqləşdirmək üçün əməkdar artistin özü ilə əlaqə
saxladıq.

Elza
Seyidcahan xəbəri təsdiq etməsə də, inkar da etmədi. Ramazan ayından sonra bu xəbərə
aydınlıq gətirəcəyini bildirdi: “Allah eləsin düz olsun. Təki insanlar sevgisinə
qovuşsunlar. Tək qalmağı Allah da buyurmur. Hətta heyvanların tək saxlanılmasını
da Allah qadağan edib, cüt saxlanılmalıdır. Deməli, insanlara tək qalmağ heç
olmaz. Bu müqəddəs Ramazan ayında hamımız Tanrının möcüzəli səcdəsindəyik.
Sizin sualınıza isə Ramazan ayından sonra cavablandıraram, inşaallah”. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler