Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Eluca Atalının “Tiqranizm Xocalıda” kitabı müzakireye çıxarıldı

06 Temmuz 2016

8:56 pm


07/07/2016 [00:52]: xeber –
Yazıçı-filosof, Azərbaycanın diaspor nümayəndəsi Eluca Atalının “Tiqranizm Xocalıda” kitab müzakirəyə çıxarılıb. Müzakirədə tanınmış ziyalılar- Düzgün Atalı, Elli Atayurd, professor Paşa Qəlbinur, jurnalist Əsmər Balalıyeva,şair Telman Oğuzyurd, şairə Fazilə Yahya, fəlsəfə elmlər doktoru Adilə Nəzərli, Vaqif Nəcəfzadə, Kamran Vəliyev,”Psixologiya” qəzetinin baş redaktoru Tahir Heydərov, tarix müəllimi Daglar Mustafayev, İsveçdən gəlmiş Güney Azərbaycan Konqresinin başqanı Cavanşir Əmir Haşimi və digərləri kitab haqda düşüncələrini bölüşüblər.Kitabda ermənilərin Xocalıda həyata keçirdikləri vəhşiliklər, insanlıq əleyhinə cinayətlər öz əksini tapıb.Yazıçının ərsəyə gətirdiyi kitabda erməni xisləti, onun əsrlərboyu qonşuları türklərə qarşı etdikləri xəyanət və amansızlıq tarixi faktlar əsasında bədii formada və üslubda verilib.Kitab haqqında yazıçının öz dilindənKitabın ilk pərdəsi olan “Tiqran sürüldü, tiqranizm sürünür” də əsasən bizim eranın 50-60- cı illərində ermənilərin Roma və Parfiya dövlətlərində etdikləri xəyanət və amansızlığın ilkin təzahürləri canlandırılır.Əsərin sonunda isə təbii olaraq Xocalıda vəhşiliklər törətmiş ermənilərin öz ailələrinin belə faciə yaşadığı, intihar səviyyəsinə gəlib çıxdığı məlum olur.Ümumiyyətlə, kitabın oxucuya verdiyi mesaj ermənilərin etdikləri vəhşiliklərin bəşəri faciə olduğunu çatdırmaq və buna susmağın ləyaqətsizlik olduğunu bildirməkdir. Quldur Andronikin çar Rusiyası tərəfindən satın alınıb, xülyasında dənizdən dənizə gəmi üzdürərək Türkiyə, Naxçıvan, Qərbi Azərbaycan, Güney Azərbaycanı, Qarabağda etdiyi ağlasığmaz vəhşətlər əsərdə yüksək səviyyədə bədii həllini tapmışdır. Hadisələrin bu gedişatı tiqranizmin yaşadığını və bir millətin ruhuna hakim olduğunu sübut edir.Hadisələr XX əsrin 70-ci illərində Qarabağda Azərbaycana məxsus Alban abidələrinin erməni kilsəsi Eçmiədzin tərəfindən necə oğurlanması ilə davam edir. Təməli Tiqran tərəfindən qoyulan “Böyük Ermənistan” xülyasının reallaşması üçün Qarabağın ermənilər tərəfindən mənimsənilməsi məqsədi ilə o zamankı SSRİ KP-nın baş katibi Mixail Qorbaçovun arvadı Raisaya ermənilər tərəfindən rüşvət olaraq verilmiş brilyant üzük orataya çıxır. Əsərin əvvəlki hissələrindən “Böyük Ermənistan” naminə yaradılmış “Erməni can vergisi fonduna” hər ay ermənilərin məvaciblərinin 5 faizi məbləğində pul köçürülməsi və bu vergini ödəməyən ermənilərin Azərbaycanın Sumqayıt şəhərində evlərindəcə qətlə yetirilməsi açıqlanır.Xocalı soyqırımı ilə kulminasiya zirvəsinə yüksələn hadisələr Xocalı olayları zamanı baş vermiş yüzlərlə vəhşətdən yalnız biri – Xocalı sakini Fərhadın ailəsinin timsalında təsvir olunur. O da məlum olur ki, həmin ailəni qəddarcasına məhv edənlərdən biri Fərhadın öz uşaqlıq dostu və kirvəsinin oğlu, Xankəndi sakini Seyran Ohanyandır. Roma sərkərdəsi Tiqranın xəyanət və amansız hərəkətlərinın təsvir olunduğu səhnələr eyni ilə Xocalıda davam etdirilir. Erməni kimliyi və xisləti isə Serj Sarkisyanın Xocalı faciəsindən sonra xarici jurnalistlərə verdiyi mətbuat konfransında incəliyinə qədər əks etdirilir.Əsərin sonunda isə, təbii olaraq Xocalıda vəhşiliklər törətmiş ermənilərin öz ailələrinin belə faciə yaşadığı, intihar səviyyəsinə gəlib çıxdığı məlum olur. Ümumiyyətlə, kitabın oxucuya verdiyi mesaj ermənilərin etdikləri vəhşiliklərin bəşəri faciə olduğunu çatdırmaq və buna susmağın ləyaqətsizlik olduğunu bildirməkdir.Nədən Tiqranizm?Əsərdə nədən “tiqranizm” ifadəsinin başda gəlməsini izah etməkdən ötrü biz gərək ilk əvvəl Tiqranın kimliyini açıqlayaq. O, Roma imperiyasında sərkərdə olmuş ermənidir. Erməni tarixçi akademiki Nersisyan onun haqqında salnamalər yazır və qeyd edir ki, Tiqran Roma imperiyası daxilində böyük, müstəqil bir erməni dövlətini yaratmışdı. Məntiqi baxımdan yalan, xəstə təfəkkürün məhsulu olan bir şişirtmədən savayı bir şey deyil. Çünki imperiya daxilində müstəqil dövlət ola bilməz. O necə imperiyadır ki, sənin müstəqilliyinə izin verir? Biz özümüz imperiya daxilində yaşamış insanlar kimi həyat təcrübəmizdən də bunun nə dərəcədə yalan olduğunun fərqindəyik. İmperiyada hakim millət olur, onun daxilində olan digər millətlərsə tabeçilik əsasında yaşayırlar. Tiqranın zamanında eramızın 50-60-cı illərində ermənilərin balaca bir kilsələri fəaliyyət göstərib, onlara bütün təlimatları həmin kilsə verirdi. Təəsüf ki, ermənilər pişiklərini şir kimi təqdim etməyi bacarırlar və dünyanı da bu yalanla oynadırlar. Bizsə əksinə, şirmizi pişik cildinə salırıq. Roma imperiyasının zəiflədiyi zaman Tiqran romalıların torpağına sahib çıxmaq niyyəti ilə onun bir hissəsini erməni dövləti elan etdi. Bu zaman Roma imperiyasının imperatoru Marsel onu atının quyruğuna bağlayıb Qafqazdan Avropaya qədər sürüdü. “Tiqranizm Xocalıda” kitabı “Tiqran sürüldü, tiqranizm sürünür” pərdəsi ilə başlayır. 1917-ci il Andronikin Türkiyə, Naxçıvanda peyda olması, onun Qərbi Azərbaycan, Güney Azərbaycan, Qarabağda törətdiyi hadisələr əslinə baxsan Tiqranın xisləti ilə eyniləşir. İstərsə də 1988-ci il Sumqayıt, Ağdam hadisələri, türklərin arxadan vurulması və Zori Balayanın Xocalıda etdiyi vəhşilik mahiyyət etibarı ilə eynidir. Nədən Zori Balayanı deyirəm, erməni saqqallılarını demirəm? Çünki tək erməni milləti yox, bütün dünya Zori Balayanı həkim, jurnalist sayır, amma onun yazdığı “Ruhumuzun canlanması” kitabına göz yumurlar. Bir millətin aydını etdiyi qəddar caniliklə necə fəxr edə bilər?Qeyd edək ki, yazıçı-filosof, Azərbaycanın diaspor nümayəndəsi Eluca Atalı uzun illərdir ki, Stokholmda yaşayır. Azərbaycandan kənarda yaşasa da, Azərbaycanla, Türk dünyası ilə bağlı kifayət qədər səmərəli işlər görür, əməlləri və yazıları ilə mənsub olduğu millətin və ölkənin adına genişmiqyaslı fəaliyyət göstərir. Eluca Atalının özünəməxsus düşüncə sahibi olduğu onu tanıyan hər kəsə məlumdur.Azərbaycan yolunda təmənnasız xidmət edən Eluca xanımın 18 kitabı çapdan çıxıb. Dörd kitabı, “Azadlık hekayeleri”, “Atlara kurşun sıkmayın”, “Kerkükler yalniz burakılmış türklər”, “Tiqranizm Hocalıda” türk dilinə, “Özünü gətir” adlı kitabı isə özbək dilinə tərcümə olunub.Özbəkistanda, Orta Asiyada yazıları çox yayımlanır, özbək dilində yazıları məktəblərə paylanır, oxunur.xeberdar.net 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler