Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Elton Quliyev haqqında senedli roman gelen il hazır olacaq

11 Kasım 2016

10:24 am


11/11/2016 [14:20]: xeber –
«İşin
böyük qismini bitirmişəm. İndi arxivlərdə işləyirəm. Hardasa 20 illik qəzet
materillarıdır. Sənədli roman kimi yazıram, bir az da triller, detektiv
intonasiyası gətirmək istəyirəm. Elton bəyin maraqlı, dinamik həyatı və fəaliyyəti
buna bütün imkanları verir. Əsərin ana xəttində Elton bəyin uzun illər əvvəl
müdafiə elədiyi və unuda bilmədiyi sadə bir vətəndaşın axtarışı dayanır». 

 

Bunu sayta açıqlamasında mərhum vəkil Elton
Quliyev haqqında kitab yazan tanınmış jurnalist Sevda Sultanova bildirib.

Sevda Sultanova deyib ki, kitabın adı haqda qəti fikrə
gəlməyib: “Çalışıram ki, kitab funksional olsun, burda onun bir neçə müdafiə
nitqinin mətni veriləcək, vəkillik fəaliyyəti analiz olunacaq. Maraqlı
faktlar toplamışıq.

Kitabın adı haqda qəti fikrə gəlməmişəm. Ağlımda bir
versiya var. Amma ailəsi, zövqünə inandığım dostlarımla məsləhətləşəmədən sonra
qərarımı verəcəm. Heç bir halda sentimental, pafoslu ad seçmək istəmirəm.
Kitabın konsepsiyasına uyğun olaraq mümkün qədər sərt, vurucu ad üzərində
dayanacam.

Kitabın nə vaxta hazır olacağını bilmirəm, çünki
ortaya keyfiyyətli iş qoymaq istəyirəm. Çox güman ki, gələn ilin yazına kimi təhvil
verəcəyəm. Bu, ilk kitabım olduğuna görə onun peşəkar olmasına iddialıyam, ən əsası
Elton bəyə layiq olmalıdır”.     

 

Sevda Sultanova deyib ki, Elton Quliyev haqqında film
də çəkilir.

 

Xatırladaq ki, görkəmli vəkil Elton Quliyev 2015-ci
ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler