Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Elmler doktoru yetişdirmek formal xarakter daşıyır” -AMEA-nın şöbe müdirinin etirazı

18 Ağustos 2016

12:20 pm


18/08/2016 [16:18]: xeber –
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri filologiya elmlər doktoru İdris Abbasov sayt saytına açıqlamasında Azərbaycan elminə zərər vuran formallıqlardan danışıb:“Deyirlər filan alim, ya akademik, məsələn, 40 fəlsəfə, 10-12 elmlər doktoru yetişdirib. Hətta bunu zəif göstərici sayanlar da var. Bu becərib-yetişdirmə işlərinə baxan “təsərrüfatçılar” məndən inciməsinlər. Məgər doktor inkubator cücəsidir, çalxalayıb buraxasan? İşin içində olan bir şəxs kimi tam məsuliyyətlə deyirəm ki, elmi rəhbər, yaxud elmi məsləhətçi olub hətta 30-40  doktor-filan yetişdirmək yalnız formal xarakter daşıyır və bunun elmə ziyandan başqa heç bir xeyri yoxdur.İctimaiyyəti ələ salan bu üzdəniraq işin sübutu elə də çətin deyil. Kitabxananın arxivində dərin yuxuya dalmış, yaxud gözünə yuxu getməyən üzüqara dissertasiya işlərini ehmalca qaldırıb vərəqləyirsən və hər şey gün kimi aydın olur. Yetişdirilən doktor-filanların zərərli “GMO” (Genetik Modifikasiya olunmuş Orqanizm) məhsulu olduğu üzə çıxır”. Şöbə müdirinin fikrincə, zamanında lazımı tədbirlər görülməsə, elmimizin inkişafı daha da ləngiyə bilər. Görüləsi tədbirləri isə bu cür əsaslandırır:“Əksər hallarda isə elmi rəhbər istedadlı birisini gördükdə, onu əlinin altına salıb qəşəngcə “yetişdirir” və potensialını məhv edir, əvəzində doktor diplomu verir. İndi oturub deyirsiniz ki, gün-güzəranımızın niyə hərəkəti və bərəkəti yoxdur? Elm çırağı sönmüş, yaxud söndürülmüş cəmiyyətdə 40, 50, 60, hətta 160 doktor yetirdiyini, 300-500 əsər yaratdığını iddia edən “nəhəng” alimi-kəbirlər sorğuya çəkilmədikcə, kağız və beyin israfı axırımıza çıxanadək bu qara proses bizi beşikdən qəbrədək müşayiət edəcək”.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler