Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Elmira Axundovanın seçicilerinden Mehriban Əliyevaya MÜRACİƏT…

13 Ağustos 2016

9:44 pm


14/08/2016 [01:40]: xeber –
Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya             Masallı rayonu Ərkivan qəsəbəsinin bir qrup sakini tərəfindən                                                                      M Ü R A C İ Ə T     “Hörmətli Birinci xanım!Masallı rayonu, Ərkivan qəsəbəsində 2015-ci ilin may-iyun aylarında “Azərsu” ASC-nin sifarişi əsasında Dünya Bankının krediti ilə ESER şirkəti tərəfindən yaşadığımız evdən cənub istiqamətdə əkin sahəsi və meyvə ağacları olan həyətlərə kanalizasiya və su xətti çəkilmişdir. Xətt çəkilərkən həyətlərimizdə olan çoxlu ağaclar məhv edilmişdir. Bundan əlavə həmin ərazidə tərəvəz əkirdik. Xəttin çəkilişi bütövlükdə beş yüz kvadratmetr ərazini əhatə etmişdir. 17 iyun 2015-ci il tarixdə Dünya Bankının və ESER şirkətinin nümayəndələri Hikmət və Zaur adlı şəxslər əraziyə baş çəkib, bizə kompensasiya təyin etdilər. Həmin vaxt biz onlara torpağın şəhadətnamələrini verdik, onlar da öz növbəsində şəkillər çəkib, qeydlər apardılar. Həmin vaxtdan bir il iki ay vaxt keçsə də kompensasiyadan heç bir xəbər yoxdur. Dəfələrlə Hikmət və Natiq adlı şəxslərlə, ümumi işlər üzrə rəhbər Məmmədağa ilə və Xudayar müəllimlə əlaqə saxlasaq da heç bir xeyri olmamışdır. Axırıncı telefon danışığında Hikmət adlı işçi hədə tonunda dedi ki, biz həmin yerə baxmağa Milli Təhlükəsizlik Nazirliyinin işçiləri ilə birlikdə gələcəyik. Azərbaycanda belə bir qurum olmadığı halda onun adından istifadə etmək çox təəccüblüdür.Bundan əlavə dəfələrlə Ərkivan qəsəbəsi  üzrə deputat Elmira Axundovaya müraciət etsək də heç bir xeyri olmamışdır. Hörmətli Mehriban xanım!Sizə müraciət etməkdə məqsədimiz bundan ibarətdir- biz  bilirik ki, Siz xalqın gerçək xidmətçilərisiniz, bu günədək çoxlu insanlara istər hüquqi sahədə, istərsə digər problemlərdə yaxından kömək etmisiniz. Xahiş  edirik, bu müraciətimizi nəzərə alıb problemin həllində, öz haqqımızın təmin olunmasında bizə yardımçı olasınız. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler