Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Elmar Qasımov Prezident teqaüdçüleri ile görüşdü

12 Ekim 2016

7:40 am


12/10/2016 [11:37]: xeber –
Bakı Ali Neft Məktəbində (BANM) bu tədris ilində yüksək nəticə göstərərək Ali Məktəbə qəbul olan və Prezident təqaüdünə layiq görülən 17 tələbə ilə görüş keçirilib.sayt xəbər verir ki, BANM-in rektoru Elmar Qasımov tədbiri açaraq tələbələri təbrik edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2016/2017-ci tədris ilində ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamı”nda onların adının olmasının çox əlamətdar və qürürverici olduğunu deyib. Elmar Qasımov Azərbaycan gəncləri olaraq BANM-in Prezident təqaüdçüsü adını qazanan tələbələrinə nailiyyətlərinin davamlı olmasını arzulayıb. Rektor bildirib ki, rəhbəri olduğu Ali məktəb hər bir tələbəsinə həm təhsildə, həm həyatda, həm də gələcək karyerasında yeni uğurlar əldə etməyə hər zaman dəstək olur. Elmar Qasımov Azərbaycanın intellektual gəncliyinin məhz BANM-də təhsil almağa üstünlük verməsinin çox qürurverici və Ali Məktəb üçün mühüm hadisə olduğunu vurğulayıb. Rektor, həmçinin, tələbələrə müvəffəqiyyət, daim bilik, bacarıq və fəallıqları ilə seçilmələrini tövsiyə edib.Xatırladaq ki, 2016/2017-ci tədris ilində Azərbaycan universitetlərinin reytinq birincisi olan Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olan tələbələrin içərisindən 685-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Ümumilikdə, bu ilki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si yenə də BANM-in tələbələridir.2016/2017-ci tədris ilində ali məktəblərə keçirilən qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi orta bal 667, maksimum nəticə 700 bal olub. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan hər iki tələbə Bakı Ali Neft Məktəbini seçib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler