Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Elmar Hüseynovun qetli haqqında yeni film

08 Temmuz 2016

6:36 pm


08/07/2016 [22:34]: xeber –
Avropadan yayımlanan “Azərbaycan saatı” proqramı “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov haqqında “Sözün qətli” sənədli filmini çəkib. Film qətlin 11 illiyinə həsr olunub və tamaşaçılara jurnalistin ad günündə, iyulun 17-də təqdim ediləcək. Elmar Hüseynov 1976-cı ilin iyulun 17-də Bakıda anadan olub. Jurnalist fəaliyyətinə 1995-ci ildə “Zerkalo” qəzetində başlayıb. 1996-cı ildə “Monitor” jurnalını təsis edib, jurnal tənqidyönümlülüyü ilə seçilirdi. “Monitor” jurnalının son sayı 2005-ci ilin fevralın 19-da işıq üzü görüb. 2005-ci ilin martın 2-də isə Elmar Hüseynov yaşadığı binanın girişində qətlə yetirilib. Elmar Hüseynovun özündən sonra həyat yoldaşı Ruşanə və oğlu Aslan qalıb. E.Hüseynovun oğlu qətl baş verən zaman 1 yaş dörd aylıq idi. (haqqin.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler