Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Elman Rüstemov manatın sabahkı mezennesi ile neye işare etdi?…

06 Eylül 2016

4:04 pm


06/09/2016 [20:01]: xeber –
Sabaha USD/AZN rəsmi məzənnəsi 1,6403 səviyyəsində müəyyən olunub. Niyə Mərkəzi Bank məzənnəni “64” qəpiyə məhz 7 sentyabrda çatdırdı? Yəqin ona görə ki, sabah Bakıda keçirilən Ümumdünya Şahmat Olimpiadasında yeganə istirahət günüdür. Şahmat taxtasında isə 64 xana var. Məzənnəni “64”-ə çatdırmaqla Elman Rüstəmov şahmat adamı olduğunu nümayiş etdirmək istəyir. Bilməyənlərə xatırladıram ki, Elman müəllim Şahmat Federasiyamızın da rəhbəridir. Düzdür, onun rəhbərliyi dövründə manat kimi şahmatdakı uğurlarımız da devalvasiyaya məruz qalıb. Amma ən əsası odur ki, Şahmat Federasiyasının rəhbəri vəzifəsini qanunsuz tutur. Belə ki, Mərkəzi Bank haqqında Qanunun 21.10-cu maddəsinə əssən Mərkəzi Bankın İdarə Heyətinin üzvləri ictimai birliklərdə vəzifə tuta bilməzlər. Şahmat Federasiyası isə məhz ictimai birlikdir. Nə isə, manatın ucuzlaşması ilə bərabər qanunsuzluqlara da artıq alışmışıq. Bəlkə heç olmasa şahmatçılarımız nəhayət bizi sevindirdi. Əlbəttə, əgər Elman müəllim o vaxtadək maliyyə sistemimizi tam mat etməsə…Əkrəm Həsənoviqtisadçı ekspert


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler