Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Elektron xidmetlerin tetbiqi Naxçıvanda daşınmaz emlakın qeydiyyatını sadeleşdirib

03 Kasım 2016

9:00 am


03/11/2016 [12:57]: xeber –
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı” qəzetinə bildirilib ki, hazırda komitə tərəfindən 19 adda elektron xidmət göstərilir. Vətəndaşların təklif edilən elektron xidmətlərdən rahat istifadəsini təmin etmək məqsədilə xidmətlər komitənin internet saytında (www.emlak.nakhchivan.az) yerləşdirilib və elektron hökumət portalına (e-hokumet.nmr.az) inteqrasiya olunub.Daşınmaz əmlaka dair çıxarışların verilməsi, daşınmaz əmlak obyektləri barədə kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi, ünvan reyestri məlumat bazasından arayışların, ünvan xəritələrindən çıxarışların, digər ünvan məlumatlarının verilməsi, daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı və ləğvi, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması və ləğvi, daşınmaz əmlakın lizinqinin dövlət qeydiyyatı və ləğvi, servitutun və uzufruktun dövlət qeydiyyatı və qeydiyyatın ləğvi, dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlaka dair texniki sənədlərin (pasportun və ya plan ölçüsünün) tərtibi, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi üçün müraciət etmək, tələb olunan dövlət rüsumu və xidmət haqqını onlayn rejimdə ödəmək imkanları yaradılıb.Müraciət qəbul edildikdən sonra elektron xidmət istifadəçisi işin icra mərhələləri barədə məlumatlandırılır, icradan imtina edildiyi hallarda istifadəçiyə bildiriş göndərilir.Vətəndaşların göstərilən elektron xidmətlərə marağının nəticəsidir ki, cari ilin ötən dövrü ərzində komitənin elektron xidmətlərindən 258 fiziki və hüquqi şəxs yararlanıb. Müraciətlərin 32-si daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi, 20-si daşınmaz əmlaka dair çıxarışların verilməsi, 136-sı daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı, 67-si daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi, 3-ü ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı olub.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler