Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Elektron ticarete vergi tetbiqi meqsedeuyğun deyil”

01 Kasım 2016

10:04 am


01/11/2016 [14:03]: xeber –
Son günlər Azərbaycanda
elektron ticarətə vergi tətbiqinin zəruriliyi ilə bağlı fikirlər səslənməkdədir.
Maraqlıdır, Azərbaycanda elektron ticarətə vergi tətbiq etmək məqsədəuyğundurmu?

sayt-a açıqlama
verən iqtisadçı-ekspert Samir Əliyev elektron ticarətə vergi tətbiqini məqsədəuyğun
hesab etmədiyini vurğuladı:

“Elektron ticarət son
vaxtlar genişlənir və bütün dünyada da bu növ ticarət geniş vüsət alıb. Ənənəvi
ticarətdən fərqli olaraq elektron ticarətə nəzarət etmək daha rahatdır. Kölgə
iqtisadiyyatının qarşısını almaq baxımından elektron ticarət mühüm əhəmiyyət kəsb
edir. Ona görə də inkişaf etmiş ökələrdə bir qayda olaraq elektron ticarətə güzəştlər
tətbiq edilir. Hesab edirəm ki, elektron ticarətə vergi tətbiqi məqsədəuyğun deyil.

Elektron ticarət qiymət
baxımından da ənənvi ticarət zamanı təklif edilən qiymətlərdən ucuz olur. Düşünürəm
ki, hökumət elektron ticarətə vergi tətbiq etməyə tələsməməlidir”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler