Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Elektron medianın maliyyeleşmesi keyfiyyet baxımından heç neyi deyişmeyecek”

22 Haziran 2016

5:52 am


22/06/2016 [09:50]: xeber –
Son vaxtlar elektron
medianın dövlət tərəfindən maliyyələşməsi ilə bağlı fikirlər səslənir.

Maraqlıdır, elektron
medianın dövlət vəsaiti hesabına maliyyələşməsi bütövlükdə ölkə mediasına, bu
medianın fəaliyyətinə necə təsir göstərəcək?

Bununla bağlı
sayt-a açıqlama verən fəaliyyətini dayandıran “Ayna”-“Zerkalo” qəzetlərinin
baş redaktoru, media eksperti Elçin Şıxlı bu yeniliyin medianın keyfiyyətinə təsir
göstərməyəcəyini vurğuladı:

“Bu yenilik mediada keyfiyyət
və mahiyyət etibari ilə heç nə dəyişməyəcək. Elektron media ənənəvi medianın
bir növüdür. Sadəcə, elektron media yeni media növü kimi meydana çıxıb.
Elektron media informasiyanın yeni daşıyıcısı, yeni ötürücüsüdür. Dünən
informasiya kağız üzərində, ondan öncə daş kitabələrdə yer alırdısa, sonradan
radio və televiziyalar vasitəsi ilə çatdırılırdısa, indi də internet vasitəsi
ilə çatdırılır. Odur ki, elektron medianın dövlət tərəfindən maliyyələşməsinin
mahiyyət baxımından nəyisə dəyişəcəyini güman etmirəm”.

 

Seymur Əliyev  




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler