Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Elekberov almaz biznesini ermeniye satdi

02 Aralık 2016

8:52 am


[r32]
– xeber –
Azərbaycanlı milyarder Vahid Ələkbərova məxsus “Lukoyl” şirkəti özünün almaz biznesinin satılması haqqında qərar qəbul edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu informasiyanı şirkətin mətbuat xidməti yayıb. “Lukoyl”un almaz biznesini “Otkrıtıye Holdinq” şirkətlər qrupu alıb. Holdinq bunun üçün 1,45 milyard dollarından keçməli olub.
Qeyd edək ki, “Otkrıtıye Holdinq”in hazırkı baş direktoru milliyyətcə erməni olan Ruben Aqanbekyan hesab edilir. O, SSRİ-nin son prezidenti Mixail Qorbaçovun müşaviri olan Abel Aqanbekyanın oğludur. Məhz Aqanbekyan 1980–ci illərin sonunda Moskvada erməni lobbisinin ən güclü nümayəndələrindən biri hesab edilirdi. O, erməni millətçilərinin 80–ci illərin sonunda Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün başlatdıqları "Miatsum" hərəkatının görkəmli nümayəndələrindən idi. Erməni iqtisadçı həmçinin 1987–ci ilin noyabrında Parisdə Fransa Erməni institutunun və Erməni veteranlar assosiasiyasının onun şərəfinə təşkil etdiyi tədbirdə Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi barədə etdiyi çağırışları ilə də məşhurdur.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler